"Muğanbank" ASC-nin Ə.Rəcəbli küç.21B ünvanında yerləşən baş ofisində iyul ayının 30-u, saat 10:00-da adsız istiqrazlar üzrə lotereyanın sayca 38-ci tirajı keçiriləcəkdir.
Məhsula olan yüksək tələbatı və çoxsaylı istiqraz sahiblərinin maraqlarını nəzərə alaraq tirajın gedişi canlı yayımlanır. Canlı yayımı qeyd olunmuş "link"dən izləmək mümkündür.
Adsız istiqrazlar üzrə hər tirajın uduş fondu 562 500 AZN, uduşlu istiqrazların sayı isə 2000 ədəd təşkil edir. Maksimum uduş məbləği 50 000 AZN-dir.
"Muğanbank" ASC-nin istiqraz layihəsi 2009-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmişdir. Bank 50 mln. manat dəyərində 1 mln. ədəd istiqraz emissiya edib. Hər istiqrazın nominal dəyəri 50 manatdır. 10 illik dövriyyə müddətində 80 tiraj keçiriləcəkdir.
İstiqraz sahiblərinə hər bir tiraj barədə məlumat verilir və onların bankın baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ vardır.
Hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir, habelə hər bir istiqraz sahibinə illik 2% gəlir təmin edilir. İstiqraz sahibləri istiqrazlarını istənilən vaxt banka qaytarmaq imkanına malikdirlər. İstiqraz qaytarılarkən nominal məbləğinin üzərinə yuxarıda göstərilən illik faiz əlavə olunur.
Uduşa düşmüş istiqrazların nömrələri ilə "Xalq qəzeti"nin tirajdan sonrakı növbəti buraxılışında, həmçinin, bankın rəsmi saytında tanış ola bilərsiniz.
"Muğanbank" ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər bankın məlumat mərkəzinə, (012) 933 telefon nömrəsinə zəng edə bilərlər.
Həmçinin, bankın rəsmi saytı http://www.muganbank.az/, Facebook və Twitter səhifələrini izləməklə bank və onun fəaliyyəti haqqında daim yeni xəbərlərlə tanış ola bilərlər.
İqtisadiyyat
Muğanbank-ın baş ofisində istiqrazlar üzrə lotereyanın 38-ci tirajı keçiriləcək
25 İyul 2014 10:05
Baxış: 731
DİGƏR XƏBƏRLƏR
- “Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” (Best Use of AI in Digital Transformation) mükafatına layiq görüb
- Bu ərazilərdə reklam yerləşdirməyə icazə tələb olunmayacaq
- Bu avtomobillərin qiyməti ucuzlaşacaq
- Bu işçilərin maaşları artırılacaq
- Azərbaycan nefti 3 dollar ucuzlaşdı
- Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılacaq
XƏBƏR LENTİ
- Vladimir Kazimirov öldü
- Kişi tanış olduğu 50 qadını məhkəməyə verir – SƏBƏB
- Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub - VİDEO - FOTOlar
- Bu vulkan hər gün göyə 6000 dollar püskürür
- Aİ Azərbaycanla Ermənistan arasında danışıqları dəstəkləyir - Toyvo Klaar
- İş yerinizi tez-tez dəyişirsinizsə, bunun 3 SƏBƏBİ var
- Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI
- Sülhməramlıların Qarabağı vaxtından əvvəl tərk etməsinin ƏSL SƏBƏBİ - VİDEOMÜSAHİBƏ
- Limon və laym arasındakı fərq nədir?
- “iPhone 16 Pro”dan hər kəsi sevindirəcək 3 xüsusiyyət
- 80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO
- Buraxılış imtahanının nəticələri elan olundu
- Onlara Çempionlar Liqasında 5-ci yer verilib - YENİLİK
- Qadın barmaq izlərinə görə həbs edildi
- ABŞ alimlərindən ŞOK: “İnsan öləndən sonra ruh yaşamağa davam edir”
- “Arsenal”ın transfer planları
- Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
- Dilarənin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO
- “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin hesabat tədbiri keçirilib - VİDEO - FOTO
- Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- Bu rayonun16 kəndində qaz olmayacaq
- Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb - FOTO
- İran niyə bu gün vuruldu? - Diqqətçəkən Xameneyi detalı
- Şairə Cığatel qəzada ölən nəvəsindən danışıb AĞLADI - VİDEO