İqtisadiyyat

Əmanətçi Kapital Bankdan 25.000 manat qazandı - FOTO

23 İyul 2014 12:42
Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kapital Bankın depozit məhsulları üzrə keçirdiyi lotereya kampaniyası başa çatıb. İyulun 21-də "Fairmont" otelində təşkil edilən mərasimdə lotereyanın sonuncu tirajı oynanılıb. Lotereyanın 25.000 manatlıq əsas uduşunun qalibi Kapital Bankın 3 nömrəli şöbəsinin müştərisi olub.

Xatırladaq ki, iyunun 1-dən davam edən kampaniya dövründə Kapital Banka ən azı 500 manat depozit yerləşdirmiş 50 nəfər də Bankdan 500 manat qazanıb.

Mərasimdə çıxış edən Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bunun son illərdə Kapital Bank tərəfindən sırf depozit məhsulları üzrə elan edilmiş ilk kampaniya olduğunu diqqətə çatdırıb: "Bu kampaniya bizim üçün, əslində, həm də bir sınaq idi. Bu gün Kapital Bankın tarixində yeni bir mərhələ başlanıb. Müştərilərimiz üçün sərfəli depozit məhsullarının hazırlanması, onlara bu məhsullardan faydalanmaq fürsətinin yaradılması indi bizim strateji planlarımızda mühüm yer tutur. Bu kampaniya ilə müştərilərimizin Kapital Bankın depozit məhsullarına olan ehtiyac və maraqlarını müəyyən etməyə çalışırdıq". İdarə Heyəti sədrinin sözlərinə görə, nəticə gözlənildiyindən də uğurlu olub. "Bu nəticə bizi, təbii ki, ruhlandırır və müştərilərimizin Kapital Bankın depozit məhsullarından istifadə imkanlarını daha da genişləndirməyə sövq edir" deyə R.Allahverdiyev bildirib.

Kapital Bankın təqdim etdiyi yeni depozit məhsullarının şərtləri indi xeyli sərfəlidir. İllik faiz dərəcələri depozitin müddətindən və növündən asılı olaraq 15%-ə qədər artırılıb. Bundan başqa, indi depozit hesabındakı məbləği rahatlıqla artırıb azaltmaq imkanı da var. Bankda vəsait yerləşdirən müştərilərə dəyərli ödəniş kartları hədiyyə edilir. Üstəlik, onlara istəklərindən asılı olaraq çox sərfəli şərtlərlə nağd pul krediti verilir, yaxud kredit xətti açılır. Depozitləri Bankın bütün filial və şöbələrində yerləşdirmək olar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 10 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.