İqtisadiyyat

Azərbaycan neftinin qiymətləri: 14-18 iyul həftəsinin yekunları

19 İyul 2014 16:37
0 Şərh     Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən həftə - 14-18 iyul tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 108,68 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 1,6 dollar azdır.

Trend-in məlumatına görə, 14-18 iyul həftəsində AZERI LT-nin qiyməti maksimum 109,71, minimum isə 106,88 dollar/barel təşkil edib.

14-18 iyul həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 103,41 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən təqribən 1,78 dollar azdır.
Ötən həftə URALS-ın qiyməti maksimum 104,48, minimum isə 101,6 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

14-18 iyul həftəsində " Brent Dated " növünün orta qiyməti 105,1 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,89 dollar azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 106,34 dollar, minimum isə 103,11 dollar/barel təşkil edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.