İqtisadiyyat

Azərbaycanda avtomobil satışı azalır

19 İyul 2014 14:04
0 Şərh     Baxış: 1 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hazırda Azərbaycanın avtomobil bazarında vəziyyət elə də yaxşı deyil. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin ikinci rübündə ölkəyə gətirilən avtomobillərin sayı 25% azalıb. Bu göstəriciləri yalnız bir rübə şamil etmək olar. Çünki avrostandartların tətbiqi aprel ayından başlayıb".

Milli.Az xəbər verir ki, bu sözləri "Exo" qəzetinə açıqlamasında "Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanov bildirib.

"İlin birinci rübündə avtomobil idxalı normal idi. Əgər bir rübün göstəriciləri ötənilkindən bu qədər fərqlənirsə, deməli, ilin sonuna qədər 2-2,5 dəfə azalma gözləmək olar. Başqa ölkələrdə avtomobil istehsalı və satışını tələb və təklifdən asılı olaraq bazar tənzimləyir. Bizdə isə builki göstəricilər daha çox avtokreditlərə qoyulan məhdudiyyət və avrostandartların tətbiqi kimi inzibati müdaxilə ilə bağlıdır. Məhz bu səbəbdən Azərbaycanın avtomobil bazarında minik avtomobillərinin satışı azalıb", - o əlavə edib.

Ekspertin sözlərinə görə, əgər Mərkəzi Bank avtokredit məsələsinə yenidən baxmazsa və öz qərarını dəyişməzsə, satış daha da azalacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.