İqtisadiyyat

Muğanbank-ın daha 3 filialı fəaliyyətə başladı

3 İyun 2014 10:03
Baxış: 1 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gündən etibarən Muğanbank-ın Şəmkir, Səlyan və Xaçmaz şəhərlərində yeni filialları fəaliyyətə başlamışdır. Bank regionlarda filial şəbəkəsini artıraraq orada yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına şərait yaradır.

Qeyd edək ki, yeni açılmış Şəmkir, Salyan və Xaçmaz filiallarında fiziki və hüquqi şəxslərə hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. kimi bank xidmətləri təqdim olunur.
Yeni filiallar müvafiq olaraq Şəmkir şəhəri, Səməd Vurğun küçəsi 179, Salyan şəhəri, Heydər Əliyev prospekti 109 və Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində fəaliyyət göstərir.

Bankın xidmət şəbəkəsinin inkişaf konsepsiyasına uyğun olaraq daha bir neçə regionda filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 36 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.  "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Muğanbank-ın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.