İqtisadiyyat

"Muğanbank" ASC Avropa Yenidənqurma və İnkişaf Bankının mükafatı ilə təltif olundu

2 İyun 2014 13:13
Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 2013-cü ildə Azərbaycandakı fəaliyyətinə dair hesabatlarına əsasən, "Muğanbank" ASC AYİB-in Ticarətə Yardım Proqramı çərçivəsində 2013-cü ildə Azərbaycanda ticarətin maliyyələşdirilməsi sahəsində ən fəal emitent bank adına layiq görülmüşdür.

AYİB-in 2014-cü ilin 14-16 may tarixlərində Varşavada keçirilmiş İllik Yığıncağı və Biznes Forumu çərçivəsində baş tutan təntənəli mərasimdə AYİB-in Maliyyə İnstitutları üzrə direktoru Nik Teseyman "Muğanbank" ASC-nin idarə heyəti sədrinin müavini Rasim İsmayılova müvafiq mükafatı təqdim etmişdir.

AYİB nümayəndələri 2013-cü ildə akkreditivlər və qarantiyalar üzrə 12 milyon ABŞ dollarından yuxarı məbləğdə 65-dən çox əməliyyatın həyata keçirilməsinin "Muğanbank" ASC kimi böyük maliyyə institutu üçün yüksək nəticə olduğunu qeyd etmişlər. Bundan əlavə, xüsusi vurğulanmışıdır ki, beynəlxalq ödənişlərin emalının keyfiyyətinin yüksəlməsi bank tərəfindən aparılan hesablaşmaların xərclərini aşağı salmağa və sürətini artırmağa imkan verir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış maliyyə institutlarından biri olan "Muğanbank" ASC fəaliyyətinə 1992-ci ildə başlamışdır. Bankın ölkə üzrə 36 filialı və 7 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi ("USAID"), Avropa Yenidənqurma və İnkişaf Bankı ("EBRD"), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ("ICD"), Beynəlxalq Maliyyə Korporasiyası ("IFC"), ABŞ-ın WorldBusiness Capital, Inc. investisiya fondu ("WBC"), Xarici Özəl İnvestisiyalar Korporasiyası ("OPIC") kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. "Muğanbank" ASC Almaniya, Rusiya, Türkiyə, Latviya, Avstriya, Qazaxıstan və Ukraynanın aparıcı bankları ilə yüksək səviyyəli müxbir əlaqələrə malikdir.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.