İqtisadiyyat

FOREX valyuta bazarı ilə bağlı reallıqlar və xəyallar

1 May 2014 09:37
Baxış: 2 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Muğanbank"ın Xəzinədarlıq Departamentinin direktor müavini K.B.Rəsulovla müsahibə.

- Bir çox maliyyə mütəxəssislərinə və ölkəmizin vətəndaşlarına "Muğanbank"  Azərbaycanda müştərilərinə FOREX bazarında əməliyyatlar həyata keçirməyə imkan verən ilk bank kimi məlumdur.  Ötən 4 il ərzində nələr baş vermişdir, bu bank məhsulu hansı inkişafa nail olmuşdur?

- Həqiqətən, 5 il bundan əvvəl  bankın rəhbərliyi FOREX bazarının yerli iştirakçılarına müvafiq əməliyyatları legitim əsasda, ölkə qanunvericiliyinə tam uyğun şəkildə, bankla müqavilə əsasında həyata keçirmək və beləliklə, həmin əməliyyatları onların bu gün də bu sahədə kifayət qədər fəaliyyət göstərən dilinq mərkəzləri deyilən çoxsaylı təşkilatlar vasitəsilə əvvəllər aparıldığı "boz" sxemlərdən çıxarmaq imkanı verən,  həmin dövr üçün  cəsarətli olan belə bir qərar qəbul etdi.

- Bəs, FOREX bazarında bank vasitəsilə işləyən müştərinin hələ də dilinq mərkəzlərinin və ya özlərini adətən broker şirkətləri adlandıran təşkilatların xidmətlərindən istifadə edənlərdən əsas üstünlüyü nədir?

- Mən bu fərqi ticarətin tamamilə başqa bir sahəsindən misal gətirməklə izah etməyə çalışacam. Əgər  tamamilə fərqli və hətta maddi imkanları tam  fərqli olan 10 nəfərdən soruşsaq ki, bir paçka kəsmiyi haradan almağa üstünlük verər: məhsulu alan zaman müvafiq kassa çeki verilən supermarketdən, soyuducu vitrindən, üzərində istehsalçının adı və ünvanı, məhsulun istifadə müddəti yazılmış qablaşdırmada, yoxsa vağzalın yeraltı keçidində öz təzə ev məhsulunu inandırıcı şəkildə tərifləyən gülərüz nənədən, fikrimcə, çətin ki, fərqli cavablar ala bilək.

Ucuzdur deyə yarı manata, mağazaya qədər yüz metr məsafəni getməyə həvəsiniz yoxdur deyə beş dəqiqəyə qənaət edib ikinci variantı seçsəniz və nəticədə salmonellyoz xəstəliyinə tutulsanız, sabah gedib kimə, haraya, kimdən şikayət edəcəksiniz?
FOREX bazarındakı ticarətin predmeti olan pul vəsaitlərinə gəldikdə isə onlarla işləyən zaman  daha da ehtiyatlı olmaq lazımdır, çünki kontragent düzgün seçilmədikdə zərər investisiya edilmiş məbləğin bütünlüklə 100%-ni təşkil edə bilər.

- Fəaliyyət göstərən dilinq mərkəzlərini yeraltı keçiddəki nənə ilə müqayisə etmək nə dərəcədə düzgündür? Axı onlar da qeydiyyata alınmış hüquqi şəxsdirlər, internet məkanında məlumatlarla dolu çox gözəl  saytları var, telefonları var, şəhərin bilbordlarında bahalı reklamlar yerləşdiriblər. Bəlkə, sadəcə olaraq onlar bazarda sizin kifayət qədər ciddi rəqibinizdirlər və buna görə də onlar haqqında xoş danışmırsınız.

- Layiqli rəqib kimi ciddiliyi sakinlərə hələ onlarla işləməyə başlamamış  çoxlu qazanc əldə edib "süd göllərində" üzəcəklərini vəd edən reklamlarla deyil, rəsmi maliyyə hesabatlarındakı göstəricilərlərlə sübut etmək lazımdır. Bu cür reklamlardan misallar gətirə bilərəm...

"2000 dollara qədər ilk depozit üzrə 100% həcmində unikal welcome-bonus
Bizim welcome-bonusumuzla siz ilk depozitinizi ikiqat artırırsınız, belə ki, qoyulan məbləğə biz 100% həcmində bonus əlavə edirik!
Hesaba 100 dollar qoyduqda, hədiyyə olaraq əlavə 100 dollar, 1000 dollar qoyduqda əlavə 1000 dollar əldə edirsiniz!"

Başqa bir misal:
"Hər bir hesab artımına 20%.
Hesabınızı nə qədər tez-tez doldursanız, o qədər çox pul hədiyyələri əldə edirsiniz!
Sizin və gəlirlərinizin həqiqətən qayğısına qalan birinci dərəcəli brokerlə işlədiyinizə əmin ola bilərsiniz".

Doğrudan da belə asanlıqla və məmnuniyyətlə hədiyyə paylayan bu cür qayğıkeş brokeri necə sevməmək olar.  Bəs bu hədiyyələr kimin hesabına paylanır?

Daha bir super-marketinq gedişi:

"Əgər əvvəllər Forex bazarında başqa dilinq mərkəzi ilə işləmisiniz, indi isə doğru qərar qəbul edib bizimlə davam etmək istəyirsinizə, biz sizin ilkin depozitinizə 70% bonus əlavə edəcəyik. Məsələn, bizə ilkin olaraq 1000 dollar məbləğində köçürmə etsəniz, hesabınıza 1700 dollar keçiriləcək (50% birinci depozitə görə + 20% başqa dilinq mərkəzindən bizə keçdiyinizə görə)"

Müştəri uğrunda bu cür ciddi mübarizə gedir.
Bu yaxınlarda belə brokerlərdən biri ilə əlaqə saxlayıb belə bir sual verdim:
"Necə əmin ola bilərəm ki, şirkətiniz pulumu alıb sabah bağlanıb başqa adla qeydiyyatdan keçmək, ya da eyni adla daha Virciniya adalarında deyil, Kuka adasında qeydiyyatdan keçmək istəyən  şirkət deyil?"

Cavabları belə oldu:

"İnternet saytmıza baxıb görə bilərsiniz ki, biz birinci il deyil ki, fəaliyyət göstəririk. Başqa birbaşa sübutlarımız yoxdur".

Onların saytına diqqətlə baxıb gördüm ki, sən demə, bu şirkət çoxlu adlarla təltif olunubmuş, o həm "Asiyada ən yaxşı broker", həm "Şərqi Avropada ən yaxşı broker", həm də "MDB-də ən yaxşı broker" imiş.

Konkret rəqəmlər haqqında, eləcə də şirkətin maliyyə hesabatları, axırıncı dövr üzrə audit hesabatlarını soruşduqda isə cavabları bu oldu ki,

"Biz belə hesabatlar təqdim etmirik".

Belə şirkətlərin adlarını, onların bayaq misal gətirdiyim reklamlarındakı "vədlərini" "copy" edib Google-da axtarsaq, bilmək olar. Kimin kim olduğu haqqında düşünməyə əsas verən bu qəbildən şeylər çoxdur.

- Deməli, "Muğanbank" müştərilərinə heç bir bonus təqdim etmir?

- Müştərilərimiz ciddi və dərrakəli adamlardır, bizimlə işləməklə,  yalnız öz bacarıqları və bankdan aldıqları texniki və analitik dəstək sayəsində artan pul vəsaitlərinə görə narahat olmurlar  və bundan tam məmnundurlar. Hüquqları müvafiq ikitərəfli müqavilə və ölkə qanunvericiliyi ilə qorunur. İnvestisiya etdikləri pul vəsaitlərinin hesaba daxil edilməsi və çıxarılması prosesləri bir neçə dəqiqə çəkir. Yaxın günlərdə yeni xidmət tətbiq olunacaq. Bu xidmət müştərilərə investisiyalarını plastik bank kartları vasitəsilə onlayn rejimdə həyata keçirmək imkanı verəcəkdir. Bankın saytında FOREX bazarında işləmək üçün zəruri məlumatlar və analitik materiallar mövcuddur. Xidmətin rahatlığı, əlverişliliyi və sürəti müştərilərin hər şeydən çox qiymət verdikləri üstünlüklərdir, bankın Bakıda 22  filialının, rayonlarda  isə 11 filialının olması müştərilər üçün bu üstünlükləri daha da effektiv edir ki, bununla da heç bir broker kontoru heç vaxt  müqayisə oluna bilməz.

Bank tərəfindən demo hesablar üzrə keçirilən treyderlərin müsabiqələrində iştirak etməklə FOREX-də öz güclərini sınayanları, bir qayda olaraq, gəncləri maliyyə cəhətdən də həvəsləndiririk.  "Muğanbank" hər ay müsabiqənin qaliblərini 2400 ABŞ dolları məbləğində pul mükafatları ilə təltif edir.

- Nə üçün "Muğanbank" FOREX məhsulunun reklamına az yer ayırır?

- Bankımız müştərilərin diqqətini hər hansı xüsusi şəkildə məhz bu məhsula yönəltməyə ehtiyac duymur, çünki beynəlxalq valyuta bazarlarında iş  bizim üçün sadəcə bankın maliyyə institutu kimi artıq 20 ildən çoxdur stabil inkişaf edərək uğurla reallaşdırdığı çoxsaylı digər istiqamətlərdən biridir.
FOREX  bazarında işləyən müştərilərimizin bankımızın geniş çeşiddə digər xidmətlərindən də - kassa-hesablaşma, kredit, depozit, plastik kart və s. isifadə etmək imkanları olur və bu xidmətlərdən  uğurla istifadə edirlər. Bütün xidmətlərin bir yerdə olması həm müştərilər üçün, həm də bank üçün rahat və sərfəlidir.   Müştərilərilərlə  biz  uğur adlandırdığımız  ümumi nəticə üçün işləyən partnyorlarıq.

- Sizcə, nə səbəbdən FOREX sözü müxtəlif insanlarda fərqli təsəvvürlər  yaradır? Nəyə görə bəziləri onu pul qazanmaq üçün gözəl alət hesab etdikləri halda, digərləri üçün o, müflis olmaq üçün super-vasitədir? Həqiqət haradadır?

- Qəribə olsa, da hər iki fikir doğrudur. Bunu belə bir analogiya ilə izah edərdim: A nöqtəsindən B nöqtəsinə qısa vaxtda çatmaq üçün yaradılmış, texniki tərəqqinin bəhrəsi olan helikopteri götürək. Əgər şturval arxasında təhsilli, intizamlı və bacarıqlı pilot əyləşərsə, onun əllərində helikopterin olması xoşbəxtlikdir. O, həqiqətən sərnişinləri və yükü təyinat yerinə qısa müddətdə çatdıracaqdır. Yox, əgər  mürəkkəb elektronikaya  və birinci dərəcəli avadanlığa malik bu hava nəqliyyatı vasitəsini onu idarə etmək üçün müvafiq təhsili və təcrübəsi olmayan təsadüfi adam sürməyə başlasa, onda təbii ki, qəzadan (özü də tez) savayı başqa nəticə gözləməyə dəyməz. Maliyyə bazarlarında işləmək də bu cürdür. Pomidor satmağı bir günə də öyrənmək olar, amma burada da vicdanlı şagirdlə, avara şagirdin praktiki nəticələri fərqli olacaqdır. Forex bazarında səmərəli və müvəffəqiyyətli iş üçün sadəcə gərək illərini həsr edib, inadkarcasına öyrənib böyük təcrübə əldə edəsən. Bu sahəni bir günə, bir həftəyə, heç bir ilə də öyrənmək mümkün deyil. İnanın ki, bu elm helikopter sürməkdən də çətindir.
Bir müdrik kəlamda deyilir: "Var-dövlət boşluqdan tükənər, zəhmətdən isə çoxalar".  Maliyyə bazarlarında işə lazımı münasibəti bundan yaxşı heç nə xarakterizə etmir.
FOREX - sadəcə çox maraqlı, cəlbedici,  amma çətin bir sahədir...
Elə peşələr var ki, onları gərək ömrün boyunca öyrənəsən. Nə üçün appendisiti kəsib çıxaran cərrahlar on minlərlədir, insan beynində əməliyyatların etibar edildiyi neyrocərrahlar isə tək-təkdir. Nə üçün dünyada sürücülər milyonlarladır, amma Formula 1 yarışlarında iştirak edənləri bütün dünya tanıyır? Buna görə də  FOREX bazarında treyder olmaq istəyənlər arasında müvəffəqiyyətə yalnız öyrənməyi sevən, intizamlı, uğursuzluqlardan qorxmayan, onlara dəfələrlə üstün gəlib bir gün özünə "deyəsən, nəyisə başa düşməyə başlayıram ..." deyənlər nail olurlar.

- Deməli, siz təsdiq edirsiniz ki, FOREX bazarında investisiyalarla məşğul olmağı qərara almış şəxslər  hökmən uğursuzluqlarla, hətta çox uğursuzluqlarla qarşılaşacaqlar?

- Əsl uğur asanlıqla gəlmir. Həyatda əsl peşəkar müvəffəqiyyətə nail olmağı qətiyyətlə qərara almış kəslərə Honda korporasiyasının təsisçisi, yapon sahibkarı Soitiro Hondadan sitat gətirmək istəyirəm.
Bir dəfə o, demişdir:
"Hesab edirəm ki, uğura ancaq təkrarlanan çoxsaylı uğursuzluqların təhlili yolu ilə nail olmaq olar. Əslində uğur işnizin cəmi 1 faizini əks etdirir, 99 faizində o, uğursuzluqla izah olunur".

Daha bir gözəl nümunə:
Cons Solk adlı bir nəfər vardı. Dünya onu amerikalı tədqiqatçı-virusoloq,  poliomielit xəstəliyinə qarşı ilk vaksinin yaradıcısı kimi tanıyır. Məlumdur ki, həmin vaksinin düzgün formulunu alana qədər o, uzun müddət iki yüz uğursuz təcrübə aparmalı olmuşdu və nəhayət, lazımı nəticəni əldə etmişdi.  Vaksin  hazır olanda ondan soruşmuşlar:
"Necə olub ki, iki yüz dəfə uğursuzluğa düçar olmusunuz?"  Cavabında o demişdi: "Mən həyatımda heç vaxt iki yüz dəfə uğursuzluğa uğramamışam. Mən sadəcə bu qorxulu xəstəliyə qarşı peyvənd olunmamağın iki yüz üsulunu tapmışam".
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.