İqtisadiyyat

ARDNŞ: "Azərbaycan Çexiya NEZ-nə hər il 1 milyon tonadək neft ixrac edir"

25 Aprel 2014 12:55
Baxış: 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Çexiyanın Kralupı şəhərindəki neft emalı zavoduna hər il 500 mindən 1 milyon tonadək neft ixrac edir

Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) vitse-przeidenti Elşad Nəsirov Bakıda keçirilən Azərbaycan-Çexiya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının ikinci iclasında deyib.

E.Nəsirov bildirib: "Bu arada, 2011-ci ildə ixrac həcmləri 890 min tona yaxın, 2012 və 2013-cü illərdə isə müvafiq olaraq təxminən 500 və 600 min ton olub. Biz Azərbaycanın yüngül neftinin keyfiyyətinin azalmasına imkan verməyən Kralupidə NEZ-dəki avadanlıqların yüksək keyfiyyətini çox qiymətləndiririk".

Onun sözlərinə görə, Azərbaycan Çexiyanın neft idxalının təqribən 26 faizini təmin edir.

ARDNŞ-nin vitse-prezidenti yaranmış vəziyyətlə bağlı dayandırılması lazım gələn Odessa-Brodı-Qdansk-Plotsk boru kəmərinin tikintisi layihəsi üzrə işlərlə bağlı təəssüfünü ifadə edib: "Eyni zamanda, bu, Çexiya şirkətləri ilə əməkdaşlığın digər perspektivlərinə mane olmur. ARDNŞ Çexiya ilə avadanlıqların tədarükü sahəsində əməkdaşlıq edir. Çexiya şirkətləri Türkiyədə tikilən NEZ üçün, Gürcüstanda və Azərbaycandakı iki gübrə istehsalı zavodu, 2017-18-ci illərdən isə Azərbaycanda iri neft-kimya kompleksi üçün müvafiq aqreqatlar ixrac edə bilər".

"Sarmatiya"nın iştirakçıları ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), Gürcüstanın "Georgian Oil and Gas Corporation Ltd." (GOGC), Ukraynanın "Ukrtransnafta", Polşanın "Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A." və Litvanın "AB Klaipedos Nafta" şirkətləridir. Əsas iştirakçıların hər birinin payı 24,75 faiz, Litva şirkətini payı isə bir faiz təşkil edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.