İqtisadiyyat

ARNDŞ-in borcu 7 mlrd. dollara çatdı

23 Aprel 2014 16:23
Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) konsolidasiya olunmuş borcu 6,8 mlrd. ABŞ dolları təşkil edir"

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

S.Qasımov bildirib ki, ümumi borcdan 1,1 mlrd. dolları kapital qoyuluşunun, 1 mlrd. dolları isə kommersiya təşkilatlarına olan borcun payına düşür.

"Şirkətin cəlb etdiyi vəsaitlər böyük layihələrə qoyulub. Türkiyədəki layihə üçün 1 milyard dollardan çox, Bakıdakı Gəmiqayırma zavodunun tikintisi üçün 1 milyard dollara qədər Neft Fondundan vəsait götürülüb. "Azəri-Çıraq-Günəşli" layihəsindən 1,67% pay almaq üçün 485 milyon dollara qədər vəsait cəlb olunub. TANAP, TAP, "Şahdəniz 2" layihəsi üçün yaranan şirkətə Neft Fondunun büdcəsindən vəsait ayrılıb", - deyə o bildirib.

ARDNŞ-a olan borclara toxunan S.Qasımov bildirib ki, şirkətə ən çox borcu olan "Azərenerji" ASC-dir ki, bu məbləğ 280 mln. manata çatıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.