İqtisadiyyat

Taner Yıldız: "Türkiyə Rusiyadan qazın qiymətləri üçün endirim tələb edəcək"

18 Aprel 2014 15:15
0 Şərh     Baxış: 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Rusiyadan ölkəyə ixrac olunan qazın qiymətləri üçün endirim tələb edəcək

Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib.

Trend-in məlumatına görə, xəbəri cümə günü "Hürriyet Daily News" qəzeti yayıb.

Onun sözlərinə görə, bu məsələ Avropanın ən iri qaz tədarükçüsü olan Rusiyanın "Qazprom" şirkətinin rəhbərliyi ilə müzakirə olunacaq.

Nazir qeyd edib ki, Ankara ilə Moskva arasında imzalanan müqavilə qazın qiymətlərinə endirim etmək imkanı verir: "Biz öz tələblərimizi "Qazprom" rəhbərliyinə çatdıracağıq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.