İqtisadiyyat

ARDNŞ ilə Tatarıstanın neft-kimya müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə olundu

17 Aprel 2014 17:32
Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Tatarıstan Respublikasına səfər edib.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Milli Məclisin üzvü, ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Direktorlar Şurasının sədri Muxtar Babayev, Şirkətin Təchizat departamentinin rəisi Mehman Əkbərov, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılov və Baş ofisin NQNK üzrə işlərin əlaqələndirilməsi şöbəsinin rəisi Teymur Əliyevin daxil olduğu nümayəndə heyəti səfər çərçivəsində Tatarıstanın böyük neft-kimya layihəsi olan "TANEKO" ASC-də, "Nijnekamskneftexim", "Tatnefteximinvest-Holdinq" şirkətlərində olub, "Kazan Motorqayırma" İstehsalat Birliyində görüşlər keçiriblər.

Görüşlərdə ARDNŞ ilə həmin müəssisələr arasında neft-qaz emalı və neft-kimya sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunub. "Alabuqa" xüsusi iqtisadi zonası ilə tanışlıq zamanı Azərbaycan nümayəndə heyətinə buradakı sənaye müəssisələri üçün yaradılan imkanlar barədə geniş məlumat verilib. "YelAZ" İstehsalat Birliyində neft-qaz sanayesi üçün istehsal olunan xüsusi texniki qurğular ARDNŞ nümayəndələrinin marağına səbəb olub.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti Tatarıstan Baş nazirinin müavini, respublikanın sənaye və ticarət naziri Ravil Zaripov, nazirin birinci müavini Ruslan Kabirov, müavinləri Xamza Baqmanov İldar Minqaleyevlə görüşlər keçiriblər. Sənaye və Ticarət Nazirliyində təşkil edilən geniş tərkibli toplantıda respublikanın neft-qaz və neft-kimya kompleksi, eləcə də maşınqayırma və digər sənaye sahələrini təmsil edən 10-dan çox şirkətin nümayəndələri iştirak edib, şirkətlərin fəaliyyət istiqamətləri ilə bağlı təqdimatlar keçirilib, ARDNŞ ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti Kazan Milli Tədqiqat Texnoloji Universitetində olub, ali təhsil ocağının müəllim və tələbə heyəti ilə görüşüb. Azərbaycan neft-qaz sənayesinin əldə etdiyi nailiyyətlər haqqında məlumatlar böyük maraqla qarşılanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.