İqtisadiyyat

"Səba səxavət günü" baş tutdu

15 Aprel 2014 19:40
Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əvvəlcədən Səba alıcılarına söz verilmiş "Səba səxavət günü" baş tutub. Aprelin 15-də 2000-ə yaxın marketdə Səba müştərilərinə 2 məhsulundan biri pay olan birgə qablaşdırılmış Səba məhsulları təqdim edilib.

Səba-nın "Biri sizlik, biri bizlik" dediyi kampaniyaya 3 adda Səba məhsulu - dondurulmuş toyuq, dondurulmuş bud dibi və təzə süd çıxarılıb. Adi günlərdən 2 dəfə artıq məhsul satışa çıxarılsa da, "Səba səxavət günü"ndən faydalana bilməyənlər də olub. Buna baxmayaraq, Səba Səhmdar Cəmiyyətinin baş direktoru Zakir Əzimov aksiyanın uğurlu olduğunu deyib.

"Biz sevinirik ki, istehlakçılar məhsullarımızı və Səba brendini sevir, belə yüksək qiymətləndirirlər. Gələn aylarda keçiriləcək Səba səxavət günlərinə daha çox məhsul çıxaracağıq və daha çox adam Səba-nın səxavətinə şahid olacaq", - Zakir Əzimov belə bildirib.
Qeyd edək ki, "Səba səxavət günü" bundan sonra hər ayın 15-də keçiriləcək.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.