İqtisadiyyat

Türkiyədə təhsil almış gənc azərbaycanlı alimin məqaləsi dünyanın nüfuzlu elmi-tədqiqat jurnalında dərc olunub - FOTO

19 Mart 2014 14:37
Baxış: 1 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyədə təhsil almış gənc azərbaycanlı alimin məqaləsi dünyanın nüfuzlu elmi-tədqiqat jurnalında dərc olunmuşdur.

İstanbuldakı Yeditepe Universitetində parodontologiya sahəsi üzrə 2007-2011-ci illər arasında Dr. Cavid Əhmədbəyli və həmkarları Dos. Şebnem İpçi Dirikan, Dos. Gökser Çakar, Prof. Bahar Eren Kuru, Prof. Selçuk Yılmaz ilə birlikdə apardıqları ''İncə toxuma biotipinə sahib coxlu diş əti cəkilmələrinin cərrahiyyə müalicəsində taca yönəldilmiş flap və hüceyrəsiz dermal matrisa qraftının (Alloderm) birlikdə istifadəsinin 12 aylıq kliniki, estetik və xəstə məmnuniyyətinin nəticələri'' adlı kliniki tədqiqatın nəticələri dünyanın ən nüfuzlu elmi-tədqiqat jurnallarından biri, Avropa Parodontologiya Federasiyasının rəsmi yayını olan Journal of Clinical Periodontology'da Mart 2014 sayında orijinal məqalə olaraq dərc olunmuşdur.

Xatırladaq ki, gənc azərbaycanlı alim, parodontologiya və implantologiya mütəxəssisi, Dr. Cavid Əhmədbəyli Yeditepe Universitetinin stomatologiya fakültəsinin məzunudur və həmin universitetdə tibb elmləri (parodontologiya) üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini müdafiə etmişdir. Parodontologiya və implantologiya sahəsində Avropa Parodontologiya Federasiyasının sertifikatlı mütəxəssisidır. Hal-hazırda Azərbaycan Parodontologiya Cəmiyyətinin (PERIOAZ) prezidentidir, həmçinin Bakıda yerləşən 5A Dent estetik stomatolojı klinikanın parodontologiya və implantologiya bölməsinin rəhbəridir.

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.