İqtisadiyyat

Muğanbankdan "Qadınlara sevinc bəxş edək" bayram kampaniyası

27 Fevral 2014 12:21
Baxış: 1 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Muğanbank" ASC 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara pulsuz "Visa Gold" və "MasterCard Gold" kartı təklif edir. Belə ki, martın 1-dən 12-dək hər bir xanım şəxsiyyət vəsiqəsi ilə bankın istənilən filial və ya şöbəsinə yaxınlaşaraq pulsuz "Visa Gold" və "MasterCard Gold" kartı əldə edə bilər.

Xatırladaq ki, "Visa" və "MasterCard" plastik kartları dünyanın istənilən nöqtəsində alış-veriş zamanı mal və xidmətlərin dəyərini ödəmək və nağd pul çıxarmaq üçün gözəl vasitədir. "Visa" və "MasterCard" plastik kartı vasitəsilə kart sahibi səyahət zamanı otellərdə nömrə, təyyarə bileti bron etmək, avtomobil icarəyə götürmək və bu kimi digər imkanlar əldə edir.

Əlavə olaraq qeyd etmək istərdik ki, Muğanbank bayram günlərində hədiyyə seçimində çətinlik çəkən şəxslərə isə "Visa Gift" hədiyyə kartını təqdim edir. Hədiyyə kartlarını yalnız Muğanbank filiallarından deyil, həm də müxtəlif ticarət mərkəzlərindən və marketlərdən (Neptun, Fresco, Səbət) heç bir sənəd təqdim etmədən əldə etmək mümkündür. "Visa Gift" hədiyyə kartları bayramlarda, ad günlərində, digər əlamətdar günlərdə hədiyyə seçməkdə çətinlik çəkən və ya buna vaxtı olmayan şəxslər üçün ən optimal variantdır. Bu hədiyyə kartı həm ölkə daxilində, həm də ölkədən kənarda mal və xidmətlərin haqqının nağdsız ödənilməsi üçün nəzərdə tutulmuşdur.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 31 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün "933" Məlumat Mərkəzinə zəng edə və ya https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.