İqtisadiyyat

Abonentlərə xəbərdarlıq: iki gün vaxtınız var!

18 Dekabr 2013 12:31
0 Şərh     Baxış: 1 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakıelektrikşəbəkə" ASC borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatını dayandıracaq

Cəmiyyətdən APA-ya verilən məlumata görə, dekabrın 20-də saat 12:00-dan etibarən borclu abonentlərin elektrik enerjisi təchizatı müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq: "İlin sonuna bir neçə həftə qalmasına baxmayaraq, bəzi abonentlər istifadə etdikləri elektrik enerjisi haqlarını vaxtında ödəmir. Qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandıracaq".

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmaları üçün "Bakıelektrikşəbəkə" tərəfindən ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamaması üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, "Bakıelektrikşəbəkə"nin ödəmə məntəqələrində, həmçinin qurumun internet saytı (www.bes.az) vasitəsilə "onlayn" olaraq həyata keçirilə bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.