İqtisadiyyat

Şahin Mustafayev vətəndaşlarla görüşdü - VİDEO

25 Oktyabr 2013 15:59
Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbulda 4 rayondan 50-dən çox sakin iştirak edib

Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Növbəti belə qəbul İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi altında Cəlilabad rayonunda reallaşıb.

Şahin Mustafayev Cəlilabad, Masallı, Yardımlı və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib. Cəlilabad rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş qəbulda 50-dən çox vətəndaş iştirak edib. Nazirlə görüşə gələn vətəndaşların müraciətləri, əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kiçik istehsal və emal sahələrinin yaradılması, kənd məktəbinin təmiri, sosial, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda iştirak edən sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılıb, onların təklifləri dinlənilib, onlara heyvandarlıq, quşçuluq, istixana təsərrüfatlarının yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Qəbulda sakinlərin müraciət və təkliflərini dinləyən nazir Şahin Mustafayev qaldırılan məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşların bir
sıra müraciətləri yerindəcə öz həllini tapıb. İqtisadiyyat və Sənaye Nazirliyinə aid olmayan bir sıra məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədi ilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.