İqtisadiyyat

Azərbaycanlı milyarder bir gecədə 200 milyon itirdi

28 Mart 2015 20:37
0 Şərh     Baxış: 4 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 27-də valyuta bazarlarında dolların qiymətinin ötən günə nisbətən dəyişməsi dünya zənginləri siyahısında olan 15 rusiyalı milyarderdən 9-u üçün itki ilə nəticələnib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu dəyişiklik nəticəsində ayrılıqda Alişer Usmanovun 58,4 mln. dollar, Sergey Qalitskiyin 54,8 mln. dollar, Aleksey Mordaşovun 40,1 mln. dollar, Viktor Vekselberqin 33 mln. dollar, Vladimir Lisinin 32 mln. dollar və Dmitri Ribolovlevin 1,1 mln dollar, ümumilikdə isə 219,4 mln. dollar itirdikləri qeyd edilir.

Əslən azərbaycanlı olan Rusiya vətəndaşı Vahid Ələkbərovun da daxil olduğu digər 9 milyarder isə ümumilikdə 891,9 mln. dollar itirib.

Ümumi məbləğin 425,8 mln. dollarını təkcə Vladimir Potanin itirib ki, ondan sonra bu siyahıda 202,8 mln. dollar ziyana düşən "Lukoyl"un rəhbəri Vahid Ələkbərov gəlir.

Siyahıda növbəti yerləri 90,9 mln. dollarla Leonid Mexelson, 76,5 mln. dollarla Mixail Proxarov, 49,5 mln. dollarla Andrey Melniçenko, 31,5 mln. dollarla Oleq Deripaska, 9,5 mln. dollarla Roman Abramoviç, 3,5 mln. dollarla Mixail Fridman və 1,9 mln. dollarla German Xan bölüşdürür.

Ümumilikdə isə ötən gecə rusiyalı 6 milyarderin gəliri ilə 9 zənginin itirdikləri arasındakı nisbət onların ümumilikdə 672,5 mln. dollar ziyana düşdüyünü göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.