İqtisadiyyat

Nazir: "Neft-qaz sektoruna xarici investisiyalar 45 milyard dolları ötüb"

22 Noyabr 2012 15:59
Baxış: 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Xarici şirkətlərlə imzalanmış 30-dan artıq sazişin sayəsində Azərbaycanın neft-qaz sektoruna 45 milyard dollardan artıq investisiya cəlb olunub". Trend-in məlumatına görə, bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev cümə axşamı Bakıda öz işinə başlayan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında bildirib.

"Cəlb edilmiş investisiyalar sayəsində Azərbaycan neft hasilatı üzrə yüksək göstəricilərə nail olub ki, bu da öz növbəsində, ölkənin öz energetika təhlükəsizliyini təmin etməyə imkan verdi və ölkənin karbohidrogen resurslarının böyük həcminin ixracının təminatı üçün şərait yaratdı", - nazir deyib.

Respublikanın neft-qaz sektoruna investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqi neft hasilatını ötən əsrin 90-cı illərinin əvvəli ilə müqayisədə 5,5, qaz hasilatını isə dörd dəfə artırmağa imkan verib.

Neft hasilatında müvəffəqiyyətlərlə yanaşı, son illər ərzində ölkə qaz hasilatında və qaz ixracının təminatında əhəmiyyətli nəticələrə nail olub. O cümlədən, hazırda Azərbaycanın sübut edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetri ötür.

İndi Azərbaycan üç neft kəməri və dörd qaz kəməri ilə öz karbohidrogenlərinin ixracını həyata keçirir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.