Mədəniyyət

89-cu teatr mövsümünün "Sima"sı təqdim olunacaq

29 İyun 2017 18:12
Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 89-cu teatr mövsümü ərzində seçilənlər mükafatlandıracaqlar.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, ilk dəfə 2014-2015-ci teatr mövsümündə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ - Azərbaycan Milli Mərkəzinin birgə təsis etdiyi mükafat bu il də 12 nominasiya üzrə təqdim ediləcək.

"Ən yaxşı tamaşa", "Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı", "Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı", "Mövsümün seçilən aktyoru", "Teatrın dostu", "Mövsümün ən yaxşı texniki işçisi", "Mövsümün məhsuldar aktyoru" və digər nominasiyalar üzrə təyin olunmuş qaliblər mövsümün sonunda təltif olunacaqlar.

Məlumat üçün bildirək ki, "Sima" mükafatı teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların, mövsüm ərzində fəallığı ilə seçilən teatr əməkdaşlarının mükafatlandırılması məqsədilə təsis olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.