Mədəniyyət

Xalq artisti dəfn olundu - YENİLƏNİB - FOTO

27 İyun 2017 14:45
11 Şərh     Baxış: 8 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:45

Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Qəndab Quliyeva dəfn olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xalq artisti "Təzəpir" məscidində təşkil olunan vida mərasimindən sonra Binə kənd qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, xalq artisti dünən 67 yaşında dünyasını dəyişib. Həkimlər ona ürək, böyrək çatışmazlığı və ağ ciyərin sətəlcəmi diaqnozu qoymuşdu.

-------------

13:59

Bu gün dünyasını dəyişən xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi keçirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Təzə Pir məscidində keçirilən mərasimdə xalq artistinin yaxınları, sənət dostları iştirak edib.

Qeyd edək ki, bir neçə dəfə insult keçirən xalq artistinin vəziyyəti bu ilin fevral ayından ağırlaşmışdı. Bir neçə gündür Respublika Diaqnostika Mərkəzinə yerləşdirilən xanəndənin bu sabah vəziyyəti pisləşdiyindən həkimlər onu süni nəfəs aparatına qoşmuşdular. Vəziyyətində heç bir irəliləyiş olmayınca, həkimlər Q.Quliyevanın ailə üzvlərinə  onu evə aparmağı məsləhət görüblər. Xalq artisti xəstəxanadan çıxandan sonra dünyasını dəyişib.

-------------
12:21

Dünən uzun sürən xəstəlikdən sonra vəfat edən xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi keçirilir.

Milli.Az lent.az-a istinadən bildirir ki, "Təzə Pir" məscidində keçirilən mərasimdə xanəndənin qohumları, sənət yoldaşları, pərəstişkarları və ictimai şəxslər iştirak edir. Qəndab Quliyeva bu gün Binə qəsəbə qəbiristanlığında, anasının yanında dəfn ediləcək.

Qeyd edək ki, ürək və böyrək çatışmazlığından əziyyət çəkən Q.Quliyeva Respublika Diaqnostika Mərkəzinin Reanimasiya Şöbəsində müalicə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 1940-cı ildə Füzulidə anadan olmuş sənətçi 1992-ci ildən xalq artisti fəxri adı ilə təltif olunmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.