Mədəniyyət

Salvador Dalinin qəbri açılacaq

26 İyun 2017 18:07
0 Şərh     Baxış: 1 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur ispan rəssamı Salvador Dalinin qəbri açılacaq.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, ekqumasiya məhkəmə qərarı ilə baş tutacaq. Rəssamın qalıqlarından DNT analizi üçün nümunə götürüləcək.

Bu qərara səbəb isə Pilar Abel adlı 59 yaşlı qadının 2015-ci ildə məhkəmədə qaldırdığı miras davasıdır. O iddia edir ki, anası Antonia Martinez de Aronun rəssamla sevgi münasibətləri olub.

Sürrealizmin əsas nümayəndələrindən olan Salvador Dali 1989-cu ildə ölüb. Onun əsərlərinin qiyməti 325 milyon avro dəyərindədir. Hazırda rəssamın ədəbi irsinə İspaniya Krallığı və Salvador Dali fondu sahib çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.