Mədəniyyət

Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti iclası keçirilib

23 İyun 2017 21:10
0 Şərh     Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti iclası keçirilib.

Milli.Az bildirir ki, qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İdarə heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub.

İttifaqın sədri professor Şəfiqə Məmmədova iclasın gündəliyinə uyğun 2 Avqust-Milli Kino günü ilə əlaqədər fəxri adların təqdimatı, mükafatlandırılması məsələləri, eyni zamanda iclasın gündəliyinə uyğun "Zaman və Məkan " sənədli ssenari müsabiqəsinin keçirilməsi və münsiflər heyətinin seçilməsi ilə bağlı çıxış edib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icra katibi Əməkdar incəsənət xadimi Cəmil Quliyev isə cari məsələlər barədə çıxış edərək, İttifaqin 2017-ci ilin birinci yarısında görülən işlərdən və qarşıda olan fəaliyyət barədə çıxış edib.

Daha sonra iclas İttifaqın idarə heyətinin üzvləri xalq artisti Vaqif Mustafayev, Oqtay Mirqasım, Əməkdar incəsənət xadimləri Ayaz Salayev, Muşfiq Hətəmov və "Nərimanfilm" kinostudiyyasının rəhbəri Nəriman Məmmədovun çıxışları, təklifləri və müzakirələri ilə davam edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.