Mədəniyyət

Adil Bağırovun 80 illik yubileyinə və 60 illik səhnə fəaliyyətinə həsr olunmuş gecə keçiriləcək

20 İyun 2017 18:25
Baxış: 1 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan Azərbaycan Respublikasının xalq artisti, şöhrət ordenli, prezident təqaüdçüsü, Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına "Xatirə" Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri Adil Bağırovun 80 illik yubileyinə və 60 illik səhnə fəaliyyətinə həsr olunmuş  gecə keçiriləcək.

Milli.Az bildirir ki, gecənin aparıcısı Azad Şükürov olacaq. Konsertdə əməkdar artistlər Almaz Orucova, Zakir Əliyev, Cabir Abdullayev, Təyyar Bayramov və müğənnilər Kamilə Nəbiyeva, Aytən Məhərrəmova, Günay İmamverdiyeva, Abgül Mirzəliyev, Sərxan Bünyadzadə və  Elnur Zeynalovun çıxışları gözlənilir. Gecə boyu müğənniləri "Xatirə" ansamblı müşayiət edəcək.  

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.