Mədəniyyət

Naibə Allahverdiyeva: "Dedi ki, "yox" desən, damarlarımı kəsib intihar edəcəyəm" - FOTO

19 İyun 2017 21:30
12 Şərh     Baxış: 3 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası, əməkdar artist Naibə Allahverdiyeva illərdir gizli saxladığı bir hadisəni Milli.Az oxucuları ilə bölüşüb.

Aktrisanın bildirdiyinə görə ona görə bir şəxs həyatına qəsd edib.

"Cavanlıq illərimdə bir oğlan məni sevirdi, mən isə yox. Bir gün qarşımı kəsib dedi ki, əgər mənə "yox" desən, damarlarımı kəsib intihar edəcəyəm. Elə bildim ki, məni qorxutmaq üçün bu sözləri deyir. Mən də cavan idim, onun sözünə gülərək oradan uzaqlaşdım. Sonradan eşitdim ki, xəstəxanaya düşüb. O damarlarını doğrayıb, özünə qəsd etmişdi. Xoşbəxtlikdən xəstəxanaya tez çatdırmışdılar, yoxsa ölə bilərdi", - deyə aktrisa bildirib.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.