Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində Gənc pianoçuların III respublika müsabiqəsinin Qurtuluş gününə həsr olunmuş yekun konserti keçirildi - FOTO

15 İyun 2017 18:06
Baxış: 522

14 iyun tarixində Beynəlxalq Muğam Mərkəzində gənc pianoçuların III respublika müsabiqısinin yekun konserti keçirildi.

Azərbaycan respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2017-ci ilin 1-23 may tarixində gənc pianoçuların ənənəvi respublika müsabiqısi təşkil edilmişdir. Müsabiqə 2 turdan ibarət olara, 9-18 yaşlı uşaq və gənclər arasında 3 yaş qrupu üzrə (I qrup: 9-11 yaş, II qrup: 12-14 yaş, III qrup: 15-18 yaş) regionlar üzrə Bakı, Gəncə, Şəki şəhərləri və Ağcabədi, Ağstafa, Xaçmaz, Masallı rayonlarında keçirilmişdir.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, respublikanın əməkdar müəllimi, professor Nərminə Quliyevanın sədrlik etdiyi, tanınmış musiqiçi və müəllimlərdən ibarət münsiflər heyəti 400-ə yaxın şagird və tələbənin çıxışını qiymətləndirmişdir. Münsiflər heyətinin qərarına əsasən Q.Qarayev adına Mərkəzi İncəsənət, Bakı və Naftalan şəhər musiqi məktəblərinin şagirdləri, Azərbaycan Milli Konservatoriyası nəznində Musiqi Kollecinin, Sumqayıt Musiqi Kollecinin və Lənkəran Dövlət Humanitar Kollecinin tələbələri müsabiqənin müxtəlif diplomlarına layiq görülmüşlər.

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.