Mədəniyyət

Parisdə Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr edilmiş konsert olub - FOTO

29 May 2017 09:25
0 Şərh     Baxış: 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parisdə fəaliyyət göstərən "Dimitri Şostakoviç" adına müasir musiqi mərkəzində Azərbaycanın Respublika Günü və Firəngiz Əlizadənin 70 illiyi münasibəti ilə pianoçu Olqa Domninanın konserti təşkil olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, konsert proqramına Şostakoviçin tələbələri Qara Qarayev və Firəngiz Əlizadənin orkestr üçün əsərlərinin bəstəkar Vladimir Geninin fortepiano üçün işləmələri daxil edilib.

Qeyd edilib ki, Vladimir Geninin Azərbaycanlı bəstəkarlarının orkestr üçün yazılan əsərləri əsasında hazırladığı fortepiano üçün işləmələrin ilk təqdimatı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilib. Bugünkü konsert isə onların Avropada ilk təqdimatıdır.

Bir çox beynəlxalq müsabiqələrin iştirakçısı Olqa Domnina İtaliyanın nüfuzlu "San Bartolomeo" müsabiqəsinin laureatıdır. O, Qnesinlər adına Musiqi Akademiyasını qırmızı diplomla bitirdikdən sonra təhsilini Londondakı Kral Akademiyasında davam etdirib. Akademiyanın şurası tərəfindən "ən yaxşı solo ifaçı" nominasiyasında "Mekferren" mükafatına layiq görülüb.

Konsertdə Firəngiz Əlizadənin 1-ci sonatası və piano üçün musiqisi, Qara Qarayevin 22-ci və 24-cü prelüdləri, eləcə də Vladimir Geninin Qara Qarayevin "Yeddi gözəl" baleti əsasında fortepiano üçün işləmələri ifa edilib.

İştirakçılar konsertin afişası üzərində Firəngiz Əlizadəyə 70 illiyi münasibətilə ürək sözlərini yazıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.