Mədəniyyət

"Luiziana Caz Ansamblı"nın parlaq çıxışı - FOTOlar

27 May 2017 14:12
Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Yeni Orlean cazı səsləndi.

ADA Universitetinin dəvəti ilə Amerikanın Luiziana ştatından Bakıya qastrol səfərinə gələn "Luiziana Caz Ansamblı" ötən əsrin ilk 20 illiyində yaranmış musiqi janrının unudulmaz musiqilərini ifa etdi.
Gecə Beynəlxalq Muğam Mərkəzinin dəstəyi, Lider televiziyasının informasiya dəstəyi ilə keçirildi.

"Luiziana Caz Ansamblı"nın yaradıcısı, Con Hopkins Universitetinin professoru, ADA Universitetinin fəxri doktoru  Frederik Stardır. 1980-cı ildə Tuleyna kollecində çalışarkən Star caz ansamblı yaratdı və özü də bu ansamblda klarnetdə ifa edirdi. Ansamblın repertuarını 1930-cu illərin klassik Yeni Orlean cazı təşkil edirdi. Ansambl Amerika və Avropa qitələrində çox məşhurdur.

Star Bakıya ilk səfərini 1969-cu ildə etmişdir. Həmin səfərdə o məhşur cazmen Vaqif Mustafazadə ilə bir səhnəni bölüşmüşdü.

Ansamblın üzvləri - Fred Star (klarnet, tenor-saksafon), Devid Boddinhauz (fortepiano), Con Coys (zərb alətləri), Fred Lonzo (trambon), Robert Nunes (tuba), Mayk Piters (banco) və Çarli Fardella (kornet).

Anşlaqla keçən konsertin sonunda tamaşaçıların gur alqışları ansamblı daha bir musiqi ifa etməyə həvəsləndirdi. Hətta konsertin bitdikdən sonra Beynəlxalq Muğam Mərkəzinin foyesində tamaşaçılar ansambldan daha bir neçə musiqi nömrəsi ifa etməyi xahiş etdilər.

Qeyd edək ki, ansamblın daha bir konserti bu gün ADA universitetinin məzun günündə keçiriləcəkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.