Mədəniyyət

"Yunus Emre Aşka Yolculuk" tamaşası baş tutdu

27 May 2017 13:40
Baxış: 1 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə 25 May 2017-ci il tarixində, saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında "Yunus Emre Aşka Yolculuk" adlı tamaşa həyata keçirildi.

Tamaşaya Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri, Azərbaycan millət vəkilləri, protokol nümayəndələri, akademiklər və bir çox incəsənət xadimləri təşrif buyurdular.

Ssenarisi Bakı Yunus Emre İnstitutu tərəfindən yazılan, azərbaycanlı teatr aktyorlarının və İnstitutun teatr dərnəyinin tələbələrinin səhnə aldığı, 8 aydır məşqləri davam edən teatr tamaşası "Yunus Emre Aşka Yolculuk" izləyiciləri eşqə səfərə dəvət etdi.

Türk mədəniyyətinin meydana gəlməsində böyük rolu olan, könülləri fəth etmiş Yunus Əmrənin həyatı, şəxsiyyəti, düşüncələri, təsəvvüfə gətirdiyi dərinlik və dünyəvi insan sevgisi Yunusun dili ilə səsləndirildi.

Rejissoru Hikmət Rəhimov olan teatr tamaşasında Azərbaycanın tanınmış simaları: Pərviz Məmmədrzayev, Şamil İbrahimov, Yaqut Paşazadə, Rövşən Ağayev, Esmeralda Abdullayeva, Savalan Qrupu Solisti Novruz Novruzlu çıxış etdi.
Ətraflı məlumat:
Bakı Yunus Emre İnstitutu
Ünvan: Nəsimi rayonu, Rəşid Behbudov küç. 142
Telefon : +99412 440 31 05 
E-posta: [email protected]

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.