Mədəniyyət

"Xəzri" rəqs ansamblı İstanbulda festivalda iştirak edib - VİDEO - FOTO

26 May 2017 19:07
Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin "Xəzri" rəqs ansamblı və C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin vokal sinifinin şagirdi Emin Məmmədov may ayının 21-dən 27-dək İstanbul şəhərində keçirilən Türk Dünyası Çocuk Şöleni festivalında iştirak edirlər.

Milli.Az bildirir ki, mayın 24-ü Türk Dünyası Araşdırmalar Vakfı (TDAV) tərəfindən keçirilən "22.Türk Dünyası Çocuk Şöleni" başlayıb. Festivalda Azərbaycan, Tatarıstan, Əfqanıstan, Krım Tatarları, Axıska Türkləri, Makedonya Türkləri, Bolqarıstan Turkləri və bir çox türkdilli dövlətlərin 14 rəqs qrupu çıxış ediblər. Festivala türk dövlətlərindən 350 şagird və 60 müəllim qatılıb.

Festivalda Krımdan "Cəmilə" xalq rəqs qrupunun ifasında "Dostluq", Azərbaycandan "Xəzri" rəqs ansamblının ifasında "Bayram Suitası", Axıska Türklərindən "Axıska Atəşi" xalq rəqs qrupunun ifasında "Bar-Qarabağ-Lezginka",  Türkiyəden "Bakırköy Əhməd Hamdi Tanpınar"  xalq rəqs qrupunun ifasında "İzmir  Zeybeği" və digər rəqs qruplarının rəqsləri nümayiş olunub.

Həmçinin, festival çərcivəsində mayın 25-də Türk Dünyası Çocuklarının səs yarışması keçirilib. Səs yarışmasında Türkmənistan, Krım Türkləri, Azərbaycan, Kosova, Kərkük Türkləri, Əfqanıstan, Qaqauzlar, Kipr Respublikası , Axıska Türkləri iştirak ediblər. I yerə Türkəminstan, II yerə Moldova Qaqauzları, III yerə isə Azərbaycan layiq görülüb. Səs yarışmasında ölkəmizi C.Hacıyev adına 3 nömrəli 11illik musiqi məktəbinin vokal sinifinin şagirdi Emin Məmmədov "Evləri var xana xana" xalq mahnısı ilə təmsil edib.

Nəzərinizə çatdıraq ki, "22.Türk Dünyası Çocuk Şöleni" festivalı mayın 27-dək davam edəcək.

Videoları izləmək üçün şəkillərə klikləyin:

 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.