Mədəniyyət

6 nömrəli uşaq musiqi məktəbinin hesabat konserti - FOTO

26 May 2017 18:45
Baxış: 1 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 25-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi ümummilli lider Heydər Əliyevin anandan olmasının 94-cü ildönümünə həsr olunmuş yekun hesabat konsertini təqdim edib.

Milli.Az xəbər verir ki, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bakı şəhər uşaq musiqi- incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Öncə müdrik siyasi xadim, milli dövlətçiliyin əsasını qoyan, ümummilli lider Heydər Əliyev haqqında geniş məlumat verilib, video-çarx nümayiş olunub.

Məktəbin direktoru Almaz Əhmədova orqan alətində V. Adıgözəlovun "Muğam fantazisiyası"nı ifa edib, ardınca məktəbin respublika musiqi müsabiqəsinin diplomantı Tyurin Daniil, Beynəlxalq Müsabiqənin diplomantı və H.Əliyev adına gənc kamança ifaçıları müsabiqəsinin laureatı Mais Qədirov, əməkdar artist Səlim Abbasov və istedadlı şagirdlər Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən parçalar ifa edib.

Konsert məktəbin birləşmiş xor kollektivi və ardınca nağaraçalanlar ansamblı ilə başa çatıb. Nümunəvi çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.