Mədəniyyət

Muğam Mərkəzində "Muğam axşamları" layihəsi - FOTO

24 May 2017 18:54
Baxış: 1 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzi muğamsevərləri yeni möhtəşəm "Muğam axşamları" layihəsinin ikinci konserti olan "Şur" dəstgahı ilə yenə bir araya topladı. 

Milli.Az xəbər verir ki, layihə çərçivəsində Azərbaycan muğamları: Rast, Şur, Segah, Çahargah, Bayatı-şiraz, Şüştər, Humayun muğamları səslənəcək. Gecənin əvvəlində tamaşaçılar "Şur" televiziya filmindən(rejissor: Arif Qazıyev, operator: Rasim Ocaqov) fraqmenti izlədilər. Daha sonra səhnəyə əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Aytən Məhərrəmova, Hüseyn Məlikov çıxaraq Şur dəstgahı, təsniflər və qəzəllər ifa etdilər. Konsertdə onları Rast instrumental ansamblı müşayiət edirdi. Ansamblın bədii rəhbəri Xanlar Cəfərov (qarmon), Elman Sadıqov (tar), Şəhriyar Musayev (kamança), Qulammirzə Mirzəyev (klarnet), Əmrah Orucov (ud), Qalib Aşımov (bas-tar), Mətanət Cəbrayılova (qanun), Simran Cəfərov (skripka), Qulam Süleymanov (nağara), Elxan Ərəbov (zərb alətləri), Mehman Məmmədov (zərb), Fəqan Ələsgərov 
(balaban).        

Anşlaqla keçən konsert tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı, gecənin sonunda tamaşaçılar öz aramsız alqışları ilə xanəndələri səhnədən buraxmırdılar. Bu bir daha sübut edir ki, günü-gündən muğam dinləyicilərinin sayı artmaqdadır və hətta gənc nəsil belə muğam həvəsindədir. Bütün bunlar Heydər Əliyev Fondunun muğama göstərdiyi diqqət və qayğı sayəsində mümkün olmuş, ölkəmizdə Beynəlxalq Muğam Festivallarının və Muğam Müsabiqələrinin keçirilməsinin nəticəsidir.           

Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" layihəsi klassik muğamın təbliğatında böyük rol oynayır. Nəzərinizə çatdırırıq ki, layihənin növbəti konserti 6 iyun tarixində keçiriləcək və "Segah" muğamı səslənəcək.  

Layihənin informasiya dəstəyi Day.Az, Milli.Az Trend.Az         

Növbəti konsertin biletləri şəhərimizin kassalarından, Asan Xidmət mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.