Mədəniyyət

Müslüm Maqomayevin yubileyinə həsr olunmuş konsert - FOTO

24 May 2017 18:30
Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya şöhrətli müğənni Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Milli.Az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli opera və estrada müğənnisi, bəstəkar, SSRİ və Azərbaycanın xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş konsert baş tutub. Unudulmaz sənətkarın xatirəsini bir daha yada salmaq, onun yaradıcılığını gənc nəsillərə daha yaxından tanıtdırmaq məqsədi daşıyan bu tədbir əsl musiqi bayramına çevrilib.

Konsertdə ölməz sənətkarın adını daşıyan Bakı şəhər 26 nömrəli onbirillik musiqi məktəbinin istedadlı şagirdləri və müəllim kollektivi rəngarəng musiqi proqramı ilə çıxış ediblər.

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutan konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yaşar Əliyev, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və çoxsaylı müslimsevərlər iştirak ediblər.

Konsertdə M.Maqomayevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib, proqramda onun repertuarında yer alan bütün janrlardan olan əsərlər təqdim olunub. Məktəbin Respublika müsabiqələri laureatı və diplomantı olan xor kollektivi, skripkaçılardan ibarət "Fantaziya" qrupu, gənc solistlər Əliyev Aslan, Quluzadə Zeynəb, Əliyeva Mehriban, Həmzəyeva Səma, Əhməd Xəyal, Ağabəyli Mehriban, Əliyev Fikrət, Quliyev Ərəstun, və Abbaslı İlyas M.Maqomayevin ən gözəl mahnılarını məharətlə ifa ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.