Mədəniyyət

33 nömrəli Uşaq Musiqi Məktəbinin konserti - FOTO

23 May 2017 18:06
Baxış: 2 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 33 nömrəli Uşaq Musiqi Məktəbi 28 May - Respublika gününə həsr olunmuş hesabat konserti təqdim edib.

Milli.Az bildirir ki, Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik musiqi məktəbində keçirilən konsertdə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak edib.

Konsert zamanı məktəbin istedadlı şagirdlərinin ifasında Q.Qarayev "Tsarskoselskaya statuya", Q.Qarayev "Yeddi gözəl baletindən  Vals", A.Məlikov "İki qəlbin dastanı baletindən Türk qızlarının rəqsi", A.Zeynallı "Rəqs", T.Quliyev "Lirik mahnı", T.Quliyev "Sənə də qalmaz", R.Hacıyev "Bakı haqqında mahnı" və digər bəstəkarların müxtəlif əsərləri səsləndirilib. Konsertdə solo çıxışlarla yanaşı məktəbin violin, nağaraçılar və xalq çalğı alətləri ansamblları, xor kollektivi məharətlə çıxış ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.