Mədəniyyət

"Səviyyən qədər olmayanı səndən qabağa çəkirlər" - Tanınmış tarzən - VİDEO - FOTO

22 May 2017 15:53
0 Şərh     Baxış: 1 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Ömrün fəsilləri" verilişinin növbəti qonağı tarzən Səbuhi Cəfərov olub.

Milli.Az xəbər verir ki, tarzən çəkdiyi əziyyətin diqqətdən kənar qaldığını bildirib.

"Əziyyət çəkirsən, zəhmət çəkirsən səni diqqətdən kənar qoyurlar. Hansısa sənin səviyyən qədər olmayan insanı gətirib səndən qabağa çəkirlər. Mənim bu günlərim 49 yaşım var, əgər mən bu gün sənətdə ifaçı kimi fəaliyyət göstərirəmsə, müəllim kimi tələbələrim beynəlxalq müsabiqələrdə öz sözünü deyə bilirlərsə, elmi fəaliyyətimdə gördüyüm işlər, hər bir müəllimin masasında yer tutubsa, artıq bu, mənim hansısa mövqedə durmağımdan xəbər verir".

Səbuhi Cəfərov daha sonra aparıcının "Ömrünüzün hansı fəslindəsiniz?" sualını cavablandırıb.

"Çox maraqlı sualdır. Necə ki, yaz fəslində təbiət oyanır, yaradıcı insanların da həyatı daima yaz fəslinə köklənməlidir. Öz yaradıcılığında oyanışı saxlaya bilməlidir. Təbii ki, hər bir insanın həyatında qış fəsli də olur, amma mən özümü daima çiçəklənən yaz fəslində görürəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.