Mədəniyyət

Xalq artistinin ölümünün ürəkləri dağlayan TƏFƏRRÜATLARI - VİDEO - FOTO

20 May 2017 16:16
14 Şərh     Baxış: 9 745

ARB TV-nin "Yolun sonu" verilişi bu dəfə xalq artisti, xanəndə Ağaxan Abdullayevə həsr olunub.

Milli.Az xəbər verir ki, proqramda mərhumun oğulları ilə yanaşı, dostları da onun haqqında danışıblar.

Xoşbəxt Abdullayev - oğlu: "Ağaxan müəllim mənim üçün atadan əlavə yaxın dost idi, böyük qardaş idi. Hər bir insan bunların hamısı cəmləyə bilmir ki, övladı ilə həm dost ola bilsin, həm qardaş, həm də oğul onun yanında oğuluğunu hiss eləsin. Deyirdi ki, sən böyüksən, bu gün sən özünü necə aparsan, qardaşların da sənə baxıb, özünü o cür aparacaq. Onun elə bir ifası yoxdu ki, onu dinləyəndə kövrəlməyim. O, hər bir ifasına elə yanaşırdı ki, bir növ imtahan idi. Qardaşlarımın 2-si sənətdədir. Biri tar, biri də kamança ifaçısıdır. Səhhətində problem 2010-cu ildən başlandı. Bizə məsləhət gördülər ki, Türkiyəyə aparın. Orada üzə çıxdı xəstəliyi, 6 il davam etdi. 2010-2011-ci illərdə müalicə çox gözəl getdi. Xəstəlik demək olar ki götürüldü. Heydər Əliyev Fondunun köməkliyi ilə atam Türkiyədə müalicə aldı, daha sonra Almaniyada. Almaniyadan xəbər gəldi ki, aam xəstəliyə qalib gəlib və heç bir şey yoxdu. Amma görünür Allahın yazısıdır".

Minxan Abdullayev - oğlu: "Hara gedirdisə mən aparırdım. 1993-cü ildən sonra özü bizə dost kimi yaxınlaşdı, anam rəhmətə gedəndən sonra. Bizlə dostluq edirdi, məsləhət edirdi. Ata kimi, ata itirmişəm, amma xalqımız sənətkar itirib. Mənim içimdə çəkdiyimi xalq bilməz. Həyatda həmişə bizə düz yol göstərib. Seçimdə də deyib ki, özünüz seçin, amma düz yol seçin. Anamın ölümündən 2 il keçdi. Qərara gəldik ki, ya Xoşbəxt evlənməliydi, ya da mən. İkimiz də cavan idik. Oturub məsləhətləşdik ki, atamızı evləndirək. Özümüz məsləhətləşdik, qıraq da deyildi, qonşudan aldıq. Dedi ki, sənətkar adamam, camaat falan. Dedik ki, nə qədər o fikirlə yaşayacağıq? Bir az da öz fikrimizlə yaşayaq. Vəsiyyəti, bütün oğlanlarını yığıb dedi ki, sizi bu günədək necə saxlamışam, elə də qalacaqsınız".

Orxan Abdullayev - oğlu: "Atam məndən 45 yaş böyük olub. Buna baxmayaraq biz atamızla həm dost, həm də ata-oğul olmuşuq. Özündə bir məsuliyyət hiss edirsən ki, atan Ağaxan Abdullayevdir. Onun adına uyğun hərəkət eləməlisən ki, sabah deyəcəklər ki, Ağaxan müəllimin oğludur. Mən və Hikməti ancaq sənətkar kimi görmək istəyirdi. Atam məsləhət gördü ki, musiqi ilə məşğul ol. Məni də kamançaya qoydular. Səhhətində problem yaranan vaxtı 14 yaşım var idi. Musiqi məktəbində oxuyurdum. Qardaşımın da 12 yaşı var idi".

Hikmət Abdullayev - oğlu: "Evin son beşiyi digərlərdən fərqlənir. Amma biz də elə bir fərq qoymurdu atam. Digər qardaşlarımla münasibəti necə idisə, mənlə də elə idi. Atamın bizə bir söz deməyə ehtiyacı yox idi. Bir baxışı ilə bilirdik ki, nə demək istəyir. Xəstəliyi haqqında məlumatımız var idi. Amma inanmaq istəmirdik. Təsəlli tapmaq çox çətindir. Atamın "Ey təbibim, daha yox dərdə dəva, neyniyim?" ifasına qulaq asdıqca, anlar gəlib gözümün qabağından keçir".

Vüqar Əhməd - şair: "Hansı ki, evdə Əliağa Vahid doğulub, həmin evi satıblar Ağaxan müəllimgilin valideynlərinə. Həmin evdə də Ağaxan müəllim doğulub. 1987-ci ildə Azərbaycan radiosunda işə düzələndə, bizim dostluğumuz daha da möhkəmləndi. Mən Ağaxan müəllim haqqında oçerk yazdım, şeir həsr elədim. Ağaxan müəllimin ifası təmiz Azərbaycan nəfəsləridir, amma dərvişanəlik var. Onunla getdim vidalaşmağa. Dedi ki, Vüqar, "Uzaq sahillərdə" filmində, Mixaylo sonda deyir ki, bu da axırı. İndi Vüqar bu da axırı, gedirəm. Oğlunun toyunda da Arif Babayevin əlindən öpdü, məni də öpüb, uşaq kimi əl edib sağollaşdı. Biz anladıq, Təyyar Bayramovla çıxdıq. Xoşbəxt olsun, amma Orxanın toyu ən kədərli toy olub".

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

Xalq artistinin ölümünün ürəkləri dağlayan TƏFƏRRÜATLARI - FOTO

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Yağmur · 20 May 16:3360

    Allah rehmet elesin ,gözel ,evezolunmaz senetkar idi

    Cavab yaz
    • Anonim
      yaümura · 21 May 15:2020

      həqiqətən əvəz olunmaz sənətkar və özünə hörmət qoyan gözəl insan idi. day bəziləri kimi böyüklərin dalıyca sürünüb yaltaqlıq etməzdi. Allah ona rəhmət eləsin.

      Cavab yaz
  • Anonim
    Abbas · 20 May 16:4350

    Allah rehmet elesin usdad

    Cavab yaz
  • Anonim
    Ema · 20 May 17:0671

    Siz həmişə qəlbimdə yasadacam allah rəhmət eləsin

    Cavab yaz
  • Anonim
    Gulu · 20 May 17:3551

    Allah rehmet etsin qeyretli insan

    Cavab yaz
  • Anonim
    Resid-32 · 20 May 19:2550

    Sexsen tanidiqim gozel semimi Sade insan idi, Allah rehmet elesin, oqlanlari da adina laiqdirler hamisi cox Sade , salam kelamlardir liar .

    Cavab yaz
  • Anonim
    Anar · 20 May 19:4431

    Belə sənətkar bir də gəlməyəcək.

    Cavab yaz
  • Anonim
    Terane · 21 May 00:5112

    Allah rehmet etsin, nur ichinde yatsin. Ister oxumagi, ister edalari, ister durushu ve isterse de heyati ile esil beyzde idi bu dahi senetkar. Seneti ile xarici ve daxili gozelliyi bir vehdet teshkil edirdi. Indi bele insanlar yoxdur deyerdim. Allah sene cenneti bexsh etsin eziz senetkarimiz. Amin.

    Cavab yaz
  • Anonim
    Dünya .A · 21 May 11:3611

    Allah rəhmət eləsin. Cox abırlı həyalı böyük kiçik yeri bilən insan idi.Yatdığı yer cənnət olsun. Amin

    Cavab yaz
  • Anonim
    Dagli qizi · 21 May 12:0920

    Boyuk senetkar, gozel insan....Allah rehmet etsin, qebri nurla dolsun! Amin!

    Cavab yaz
    • Anonim
      .. · 21 May 19:1420

      Mugamda belke ondan da yaxwi ustadlar var,amma mugamin gozel bilicilerinden idi.Mugami onun sayesinde sevmiwem.Allah ona rehmet etsin.Mekani Cennet olsun.

      Cavab yaz
  • Anonim
    aa · 21 May 13:3800

    deyirlerki yaxsi qardas olub kasib qardasina hemise el tutub boyuklukedib

    Cavab yaz
  • Anonim
    IRADE · 22 May 11:1410

    Heyatda sevdiklerini itirende yalqizlaśirsan,amma qoyub qetdikleri senet dunyasi insani sanki yaśadirlar,teselli tapirsan.AlLAH REHMET elesin!!!!!!! Dahi SENETKARIMIZA!!!!!!!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.