Mədəniyyət

Türk milyarder Azərbaycan heykəltəraşından danışdı - FOTO

20 May 2017 12:25
0 Şərh     Baxış: 1 253

Türkiyəli milyarder Ali Ağaoğlu azərbaycanlı heykəltaraşı hazırladığı Mustafa Kamal Atatürk heyləkinin açılışını edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, milyarder açılışa gənc balerina sevgilisi Duyğu Su Gülpınar ilə qatılıb. Açılışda söz alan Ağaoğlu Atatürkün Türkiyə tarixindəki rolundan bəhs edib və heykəl barədə qısa məlumat verib. O, 8 metrlik heykəlin azərbaycanlı heykəltaraş Sənan Eynullayev Əhədoğlu tərəfindən 5 ay ərzində hazırlandığını bildirib. 

Daha sonra konsert proqramı ilə davam edən tədbirdə milyarder öz aksessuarı ilə diqqət çəkib. Belə ki, onun bir qolunda çox qalın qızıl qolbaq digər qolunda isə brilyantla bəzədilmiş qızıl saat olub. Onun diqqətçəkın bu aksessuarları Türkiyə mediasında  gündəmə çevrilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.