Mədəniyyət

ADGTT bu dəfə bölgələrə gedir

18 May 2017 17:44
Baxış: 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti cari ilin iyun ayında Respublikamızın bölgələrinə qastrol səfəri edəcək. Səfər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində baş tutacaq.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu dəfə teatrın yaradıcı heyəti milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti Vəziri Xani Lənkəran" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə Respublikamızın şimal -qərb bölgəsinə - Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti, Prezident Təqaüdçüsü, Şöhrət ordenli Cənnət Səlimova, əsas obrazların ifaçıları Əməkdar Artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Ramil Məmmədov, Elnur Hüseynov, İradə Rəşidova və başqalarıdır.

Hər il ənənəvi olaraq mövsümün sonunda həyata keçirilən qastrol səfəri bu il iyun ayının 12-dən - 16-dək baş tutacaq və tamaşamız adıçəkilən rayonların ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə nümayiş etdiriləcək.

Qastrol səfərinin həyata keçirilməsində əsas məqsəd "Azərbaycan teatrının inkişaf etdirilməsinə dair" Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və yeniyetmələrin mənəvi estetik tərbiyəsinin formalaşdırılması və teatr sənətinin inkişafını sürətləndirməkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.