Mədəniyyət

"Döyüşə gedən oğlum dedi ki, belə etsən, gəlməyəcəm" - Xalq artisti - VİDEO - FOTO

17 May 2017 12:05
0 Şərh     Baxış: 2 872

ARB TV-nin "Ömrün fəsilləri" verilişinin növbəti qonağı xalq artisti, xareoqraf Roza Cəlilova olub.

Milli.Az xəbər verir ki, ilk olaraq, xalq artisti 2 dəfə könüllü müharibəyə yollanan və əsirlikdə yaşamış oğlundan danışıb.

"Getmədiyim yer qalmadı. Gedirdim Qazaxa, oradan da "Qırmızı körpü"yə. Eşitmişdim ki, hərdən əsirləri orada dəyişirlər. Demək, 2 il getdim. Sonra elə oldu ki, Allah onun qapısını açdı, özü qəhrəmancasına gəldi. İndi də nasazlıq var. Hesab edin ki, 2 dəfə könüllü gedib. Qəzetlərdə, jurnallarda adı çıxırdı. Əlbəttə ki, mən fəxr edirəm ki, o, özü könüllü getdi. Qaçıb gizlənmədi. Hətta dedim ki, sən mənim tək oğlumsan, hökümət icazə verir ki, getməyəsən. Dedi ki, ana, sən belə etsən, mən bir də gəlməyəcəm. Səsimi çıxartmadım, dedim ki, get, sənə halal olsun".

Roza Cəlilova daha sonra qızından və nəvələrindən söz açıb.

"Qızım uşaq vaxtı çox gəşəng oynayırdı. Sonra məktəbi bitirdi, universtetə girdi Şərqşünaslığa. İndi universtetdə Türk ədəbiyyatından dərs deyir. Mən razıyam. Amma bu 3 nəvəmi heç olmasa istəyirəm ki, elə rəqs etsinlər ki, məni tanıyanların yarısını tanısınlar. Amma olacaq. Görürəm, mənim istəyim onlara keçib".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Döyüşə gedən oğlum dedi ki, belə etsən, gəlməyəcəm" - Xalq artisti

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.