Mədəniyyət

Əjdər Həmidov xəstəxanaya yerləşdirildi

28 Aprel 2017 15:42
0 Şərh     Baxış: 5 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Əjdər Həmidovun səhhəti pisləşərək 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Milli.Az bildirir ki, Teleqraf.com-un əməkdaşı əməkdar artistlə əlaqə saxlayıb: "Axşam saat 2 radələrində özümü pis his etdim və təcili yardım vasitəsilə xəstəxanaya gətirildim. Nevroz diaqnozu qoyulub, müalicəyə başlanılıb. On gün xəstəxanada müalicə olunacam. İnsult keçirməmişəm".

Aktyor xəstəliyinin işiylə bağlı olmadığını deyib: "İşimlə, teatrla bağlı heç bir problem yoxdur. Hər şey yaxşı idi. Bir müddət əvvəl rayonda istirahət edirdim, qəflətən səhhətim pisləşdi. Tez Bakıya gəldim və hazırda da xəstəxanadayam".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.