Mədəniyyət

"Brat Li" bədii filminin təqdimat günü bəlli oldu - VİDEO - FOTO

25 Aprel 2017 16:09
1 Şərh     Baxış: 8 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tamaşaçıların intizarla gözlədiyi "Brat Li" bədii filmin təqdimat günü bəlli olub.

Milli.Az xəbər verir ki, layihənin mətbuat katibi Fuad Mədətov Trend-ə verdiyi açıqlamasında bildirib ki, "As Media" və "NR production"un istehsalçısı olan və bütün hüquqları adıçəkilən şirkətlər tərəfindən qorunan ekran işi 12 maydan etibarən Azərbaycan kinoteatrlarında yayımlanacaq.

Film "CinemaPlus - Ganclik Mall", "CinemaPlus - 28 Mall", "CinemaPlus - Aygun City", "Nizami Kino Mərkəzi, "Azərbaycan" kinoteatrı və Gəncə şəhərində yerləşən "CinemaPlus Xəmsə" kinoteatrında nümayiş olunacaq.

Məlumat üçün bildirək ki, məşhur döyüş ustası və aktyor Brüs Linin qüsursuz bənzəri olan Əfqanıstan vətəndaşı Abbas Əlizadə komediya və ekşn janrında olan "Brat Li" filmində eynilə Brüs Lini canlandırıb.

Ekran əsərində Azərbaycanın əməkdar artistləri Məlahət Abbasova, Sabir Məmmədov, Təvəkkül Əliyev, o cümlədən Azərbaycanın Fəxri Mədəniyyət işçisi Rüfət Nəzər, yumorist-aktyor İlkin Misgərli, rəqqasə Oksana Rəsulova, meyxana ifaçısı Oqtay Kamil, aktrisa Delya Fərəcullayeva, aktyorlar Nofəl Şahlaroğlu və Cavanşir Məhərrəmov rol alıblar. Həmçinin layihənin mətbuat katibi Fuad Mədətov da filmə çəkilib.

Paytaxt Bakı ilə yanaşı, Azərbaycanın səfalı bölgələrində çəkilən filmin baş prodüseri Sarvan Allahverdiyev, quruluşçu rejissoru və ssenari müəllifi Nicat Rzazadə, ideya müəllifi Ruslan İsmayılovdur.

"Brat Li" film layihəsinin informasiya dəstəyi Trend.az, Day.az və Milli.az xəbər portallarıdır.

https://www.youtube.com/watch?v=MzMjKHV44Y8

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Брюс Ли воскрес в Азербайджане

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.