Mədəniyyət

Rostropoviçin 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO

29 Mart 2017 14:45
Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Mstislav Rostropoviçin 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Milli.Az bildirir ki, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Mədəniyyət işçiləri Həmkarlar İttifaqının sədri Cəmilə Səttərova, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

"Bakı solistləri" kamera ansamblının müşayiətilə L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik musiqi məktəbinin şagidlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının Q.Qarayev "İldırımlı yollarla", Q.Hüseynli "İlk məhəbbət", F.Allahverdiyev "Tanqo", S.Ələsgərov "Tarantella", Y.Bozza "Ariya", P.Çaykovskiy "Qu gölü" baletindən "Rus rəqsi", Rossini "Komik duet" və digər əsərləri səsləndirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.