Mədəniyyət

Gənc tələbə rəssamların nəzərinə - FOTO

29 Mart 2017 09:50
0 Şərh     Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cızma-qara çəkmək bütün dünya üzrə tələbələri və mədəniyyətləri birləşdirən universal bir vərdişdir. Dudl, ya da sadəcə cızma-qara, şüurun başqa bir şey ilə məşğul olduğu zaman təsadüfi bir rəsmdir.

Milli.Az xəbər verir ki, Azərbaycan daxil olmaqla dünyanın 40-dan artıq ölkəsinin 1000-dən çox universitetində təhsil alan 50 mindən çox tələbə cızma-qara sənətində bacarıqlarını "Red Bull Doodle Art" incəsənət yarışmasında nümayiş etdirəcəklər. Yarışma tələbələrə öz fantaziya və təxəyyüllərini sənətə çevirmək şansı verir. Cızma-qara sənətində qaydalar və məhdudiyyətlər yoxdur, əksinə ifadə azadlığı var.

Martın 27-dən aprelin 16-dək (daxil olmaqla) tələbələr öz əsrarəngsiz incəsənət əsərlərini Azərbaycan universitetlərində qoyulmuş müraciət qutularına ata və ya onlayn göndərə bilərlər. Bundan sonra onlar öz ölkələrinin ən yaxşı cızma-qarasına www.redbulldoodleart.com saytında səs verə bilərlər.

"Red Bull Doodle Art 2017"-nin qlobal finalı çox möhtəşəm keçəcək - bütün finalçıların işləri Qlobal Virtual Galereyada nümayış olunacaq və incəsənət sevərlər onlara 3D reallıqda zövq ala bilərlər.

Bütün ölkələr üzrə qaliblər 3D sənəti bacarıqlarının artırılması və 3D-də çəkməklə son sənət əsərinin yaradılması üzrə məşq edəcəklər.

Birinci "Red Bull Doodle Art" qlobal qalereyası Cənubi Afrika Respublikasının Keyptaun şəhərində təşkil edilib. Azərbaycandan finalçı Arzu Mərdanovada finalda iştirak edib.

"Arzular həqiqətən də insanı uzaqlara aparırlar. Nə qədər uzağa - bunu mən bu layihə sayəsində bildim. Mən, sadəcə olaraq, beynimdə baş verən bütün qarma-qarışıqlığı kağıza köçürdüm və günəşli Keyptauna unudulmaz səyahət qazandım. Siz də öz xəyallarınız və arzularınızla bölüşün. Kim bilir, bəlkə də onlar sizi daha uzaqlara aparacaq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.