Mədəniyyət

"Aldanma!" adlı ədəbiyyat gecəsinə dəvətlisiniz

27 Mart 2017 13:55
1 Şərh     Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1 aprel, 2017 saat 19:00 -da YARAT Müasir İncəsənət Məkanı Sizi, müasir zamanın qeyri-müəyyənlikləri və illüziyalarına həsr olunmuş "Aldanma!" adlı ədəbiyyat gecəsinə dəvət edir.

Tədbirdə Azərbaycanın əməkdar artisti Eyyub Yaqubov və onun yaradıcı kollektivi ilə birgə hazırlanmış xüsusi proqram təqdim olunacaq. Ədəbiyyat gecəsi çərçivəsində Eyyub Yaqubov ilk dəfə "Yıxılır dünya" mahnısının video klipinin sirli məqamlarını açıqlayacaq. Bununla yanaşı qonaqlar poeziya və musiqi parçalarından zövq ala biləcəklər. Tədbirin yekununda Eyyub Yaqubovun canlı konserti baş tutacaq.

Orxan Hüseynovun "Əziz Sevgilim" sərgisi gecənin ilham mənbəyidir.

Giriş sərbəstdir.

Proqram:

19:00 - 20:00

Səlim Babullaoğlu və Eyyub Yaqubovla musiqi klipinin və yaradıcılıq haqqında müzakirə

Məkan: 2-ci mərtəbə, zal

20:00 - 20:45

Müasir şairlərin çıxışları - Səlim Babullaoğlu, Qismət və Fərid Hüseyn

Məkan: 1-ci mərtəbə, sərgi otaqları

20:45 - 21:20

"Tapmacanın dadına bax" (qeyri-adi təamların dequstasiyası)

Məkan: 1-ci mərtəbə - kitabxana, 2-ci mərtəbə - giriş qapısı

21:30 - 22:15

İnstrumental musiqi ifaları

Məkan: 1-ci mərtəbə, sərgi zalı

22:00

Eyyub Yaqubovun canlı konserti

Məkan: 2-ci mərtəbə, zal

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.