Mədəniyyət

“CinemaPlus” kinoteatrında Unudulmaz Ulduzlu Gecə - FOTO

25 Mart 2017 16:38
Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"CinemaPlus Azerbaijan" kinoteatrında üç filmdən ibarət Ulduzlu kinomarafon keçirilib. 23:30-dan səhər saat 6:00-dək qonaqlar üçün "Super Alibi", "Bayram axşamı" və "Stalinin Başı" filmlərinin nümayişi keçirilib.

"Super Alibi" filmi "Cinemazadeh" studiyasında məşhur aktyorlar tərəfindən Azərbaycan dilinə dublyaj olunub. Həmin aktyorlar "Kino Gecə"də iştirak etmişdilər. Həmçinin "Bayram axşamı" və "Stalinin Başı" filmlərinin aktyor heyəti də tədbirdə idi.

Kinoteatrda musiqi müşayiəti ilə Novruz Bayramı ab-havası var idi. Eyni zamanda furşet masası, alkoqollu və alkoqolsuz içkilər, müsabiqələr və mükafatların oynanılması təşkil olunmuşdu.

"CinemaPlus" kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.