Mədəniyyət

Bayram konsertində nələr baş verdi - ilk FOTOlar

25 Mart 2017 14:20
Baxış: 1 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 24-də Heydər Əliyev Sarayında Novruz bayramı münasibəti ilə uşaqlar üçün musiqili, əyləncəli və maraqlı "Bayram konserti" keçirilib.

Milli.Az xəbər verir ki, Heydər Əliyev Sarayının rəhbərliyi tərəfindən xeyriyyə məqsədli Bayram konsertinə Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctiami Birliyinin Xətai və Abşeron Rayon Şöbələri, "İnayət" Əlillərə Yardım Assosiasiası, "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi, Yasamal, Nərimanov və Binəqədi rayon Qarabağ müharibəsi veteranları və əlilləri cəmiyyətləri, "UAFA" Humanitar təşkilatı, Şüvalan uşaq evi, "Duyğu" sosial reabilitasiya ictimai birliyi, "Ümüd işığında" əlil uşaqlara yardım və "Dəcəllər" Daun sindromlu uşaqların cəmiyyətləri dəvət olunublar.

Konsertdə "Asiman" rəqs kollektivi, "Dəcəl qızlar" mahnı rəqs ansamblı, "Zima" uşaq musiqi festivalının finalçıları və "Avroviziya" mahnı musabiqəsinin qalibi Eldar Qasımov iştirak ediblər.
Uşaqların böyük marağına səbəb olan Bayram konsertində Novruz bayramının ən sevilən personajları Kosa və Keçəl Novruz bayramının adət-ənənələri haqda məlumatlar verib və uşaqlarla müxtəlif interaktiv oyunlar keçirdiblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.