Mədəniyyət

Mənsum İbrahimov BMT-nin tribunasında - FOTO

23 Mart 2017 16:45
7 Şərh     Baxış: 2 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin Cenevrədəki Bölməsinin yerləşdiyi Millətlər Sarayında Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, tədbir Azərbaycan, Albaniya, Əfqanıstan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın daimi nümayəndəliklərinin və BMT Bölməsinin birgə təşkilatçılığı ilə baş tutub. 

Açılış mərasimində BMT-nin Cenevrə Bölməsinin baş direktoru Maykl Möller çıxış edib. 

Tədbirdə xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında əməkdar artist Elçin Həşimov (tar), əməkdar artist Elnur Əhmədov (kamança) və Siyavuş Kərimovdan (nağara) ibarət "Qarabağ" ansamblı musiqi proqramı ilə çıxış edib. Musiqiçilərin ifasında səsləndirilən Azərbaycan xalq mahnıları və muğamlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.