Mədəniyyət

Zaqrebdə Leyla Xasiyevanın fərdi sərgisi

17 Mart 2017 20:54
Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin 13 mart tarixində Zaqreb şəhər Məclisinin sərgi zalında Azərbaycanın kviltinq üzrə sənətkarı Leyla Xasiyevanın Novruz bayramına həsr olunmuş "Odlar yurdundan rənglər" adlı əl işlərindən ibarət fərdi sərgisinin açılışı baş tutmuşdur.

Azərbaycanın Xorvatiyadakı Səfirliyindən Milli.Az-a verilən məlumata görə, Zaqreb şəhər Məclisinin mədəniyyət şöbəsinin, Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı Səfirliyinin və Azərbaycan-Xorvatiya Dostluq Cəmiyyətinin dəstəyi ilə təşkil olunmuş sərgini qeyd olunan cəmiyyətin sədri, Xorvatiya Respublikasının keçmiş prezidenti cənab Stepan Mesiç açmışdır.

Öz çıxışında Azərbaycan və Xorvatiya arasında mövcud olan yüksək səviyyəli dostluq və əməkdaşlıq münasibətlərindən söz açan cənab Mesiç, iki ölkə arasında mədəni və humanitar sahələrdə sonrakı əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd etmişdir. Keçmiş prezident ölkəmizə baş tutmuş səfərləri zamanı şahidi olduğu Azərbaycanın mədəniyyət, musiqi və incəsənət sahələrində yüksək inkişaf səviyyəsini xüsusi olaraq diqqətə çatdırmışdır. Daha sonra çıxış edən Leyla Xasiyeva onun üçün həmişə yaradıcı ilham mənbəyi olmuş zəngin çoxəsrlik ənənələri olan Azərbaycan tətbiqi sənətinin xalçaçılıq və tikmə üsulu "qurama" kimi növlərini xüsusi olaraq vurğulamışdır. Əl işlərinin müəllifi öz çıxışında onu da qeyd etmişdir ki, Azərbaycan tətbiqi sənətini incəsənətin tikmə üsulunun yeni istiqaməti olan kviltinqə yaxınlaşdıran üçölçülü hiss yaradan rənglərin və həndəsi formaların ahəngdar birləşməsidir.

Çoxsaylı qonaqların böyük marağına səbəb olmuş sərginin açılışında Xorvatiya dövlət qurumlarının və ictimaiyyətinin nümayəndələri, həmçinin Zaqrebdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları iştirak etmişdirlər.

Cari ilin 17 mart tarixində Xorvatiyanın ən məşhur nəşrlərindən biri olan "Gloria" jurnalında müəllifin Bratislava və Vyana şəhərlərində təşkil edilmiş analoji sərgilərindən sonra Zaqreb şəhərində açılışı baş tutmuş fərdi sərgisindən bəhs edən və Leyla Xasiyevanın əl işlərinə həsr olunmuş məqalə dərc edilmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.