Mədəniyyət

Musiqili Teatrda Novruz tamaşası - "Bəxtəvər"

17 Mart 2017 17:50
Baxış: 323

Azərbaycan Dövlət Musiqili Teatrı bir çox ilklərlə zəngin olan "Bəxtəvər" şousunu 21 mart saat 18.00-da tamaşaçılara təqdim edəcək. Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, səhnə əsəri Dövlət Musiqili Teatrı və İranda yaşayan soydaşlarımızın sevimli gülüş ustası, məşhur komediya aktyoru Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı ilə birlikdə hazırlanıb. Babək Nəhreyn həm də İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədridir. Novruz şənlikəri ilə əlaqədar olaraq Beynəlxalq layihə kimi hazırlanan əsərin müəllifi və baş rolun ifaçısı Babək Nəhreyn, quruluşçu rejissoru İran İslam Respublikasının nüfuzlu teatr rejissorlarından biri olan Yaqub Sadiqcamalidir.

Qeyd edək ki, layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev, əlaqələndiricisi İran İslam Respublikası Mədəniyyət Nazirliyi Mərkəzi Teatrlar İdarəsinin koordinatoru Atabəy Nadiridir.

Səhnə əsərində rolları Babək Nəhreyn, Camal Sadıqnecat, Bəhmən Taqipur, Cavad Əkbəri (İran İslam Respublikası, Təbriz Teatrı), Azərbaycan Respublikasının Əməkdar artistləri Əzizağa Əzizov, Nahidə Orucova, Şövqi Hüseynov, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Ağaxan Şərifov, Ülviyyə Əliyeva və Elxan İsmayılov (Azərbaycan Respublikası, Dövlət Musiqili Teatrı) ifa edirlər.

Tamaşanın quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor asisstentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.