Mədəniyyət

Türkiyədə Azərbaycan mahnılarının "anonim" təqdim edilməsinin SƏBƏBİ

17 Mart 2017 15:10
4 Şərh     Baxış: 1 105

Son dövrlərdə Türkiyə şou-biznesində Azərbaycan mahnılarına geniş yer verilir. Azərbaycanlı gənc musiqiçilər müxtəlif müsabiqələrdə ölkəni və musiqini uğurla təmsil edirlər. Müsabiqələrdə səslənən Azərbaycan mahnılarını həm münsiflər heyəti, həm də dinləyicilər maraqla qarşılayır. Təbii ki, bu Azərbaycanın uğurudur, amma bu uğura kölgə salacaq hallar da az olmur. Məsələn, bir çox hallarda Azərbaycan mahnılarının müəllifləri göstərilmir, "anonim" kimi təqdim edilir.

Milli.Az xəbər verir ki, report mövcud problemlə əlaqədar sənət nümayəndələrinin fikirlərini öyrənib. 

Məsələyə münasibət bildirən türk musiqisinin sevilən sənətçilərindən olan və hazırda yeni bir səs yarışma proqramına münsiflik üçün hazırlanaşan müğənni Yılmaz Mörgül repot-a açıqlamasında Türkiyədə Azərbaycan musiqilərinin araşdırılmadan anonim kimi təqdim edilməsinin müəlliflərə qarşı haqsızlıq olduğunu deyib: "Bu problem araşdırma əksikliyindən qaynaqlanır. Müəliflər həmin əsərlərin ərsəyə gəlməsi üçün can qoyurlar. Bu mahnılar səsləndirildiyi zaman sahiblərinin adının yazılması onlara verilən dəyərin bir növüdür. Əsərlər müəllifləri ilə xatırlanmalıdır. Müəllif yerində "anonim" yazılması çox böyük səhv və haqsızlıqdır. Televiziya kanallarında işləyən, bu işlərə baxan əməkdaşla bu məsələni diqqətdə saxlamalı və həlli üçün çalışmalıdılar. Bu haqsızlığın davam etməsi bundan sonra da bir çox sənətkarın etirazına səbəb olacaq".

Azərbaycan musiqisinə heyranı olduğunu deyən Y.Morgül mahnı müsabiqələrinə qatılan azərbaycanlı gənclərin çox istedadlı olduqlarını və onları sevərək izlədiyini bildirib: "Azərbaycandan bura gələn musiqiçiləri çox bəyənirəm, onların səslərinin xüsusi, özlərinə məxsus ahəngi var. Çox istəyirəm onlar da, bizim ölkədə məşhur olsunlar və bizim xalqımız oradan gələn gözəl səsləri tanısın".

Qeyd olunan problemə 27 ildir Türkiyədə yaşayan, tanınmış balaban ustası Əlixan Səmədov da münasibət bildirdi. Sənətkar report-a açıqlamasında Azərbaycan musiqilərinin "anonim" olaraq təqdim olunmasının müxtəlif səbəbləri olduğunu qeyd edib: "Birincisi Türkiyədə bizim mahnılarımızın müəlliflərini bilmirlər. Bəzən bu problem aradan qaldırılır, araşdırıb yanlışlığı düzəldirlər. Mən TRT televiziyasının arxivində yüzlərlə "anonim" yazılan mahnımızı düzətdirmişəm. Muğamlarımıza, segahlarımıza belə bəstəkar adı yazanlar olub. Bu gün dünyada bu işləri tənzimləyən Messan, Gema və s. kimi nəhəng qurumlar var. Ölkəmizdə də bunun yan quruluşlar var ki, bu qurumlar mahnının və müəlliflərin haqlarını quruyur. Əgər bir müəllif mahnısının rəsmi sahibidirsə, o mahnının "anonim" kimi təqdim edilməsi mümkün deyil. Bizdə "anonim" sözü təhqir kimi səslənir. Ancaq türklər bu məsələyə o qədər də dərin yanaşmırlar, "anonim" demək ya bəstəkarı yoxdur, ya da bilinmir mənasına gəlir. Araşdırılır, müəllifləri tapılmayan mahnılar "anonim" kimi təqdim edilir. Bizim çox sevdiyimiz bəstəkarlardan olan Emin Sabitoğlunun, Ələkbər Tağıyevin, Cahangir Cahangirovun bir çox mahnılarının dəfələrlə "anonim" kimi təqdim edildiyinin şahidi olmuşam. Bir dəfə "Qubanın ağ almasını" mahnısı TRT televiziyasında belə "İqdırın ağ alması" kimi təqdim edilmişdi. Mən bunun səbəbini soruşdum, onlar cavabında "Quba" və "ağ" sözünü izah etmək üçün belə bir yol seçdiklərini dedilər".
 
Ə.Səmədov qeyd edib ki, "Sarı gəlin" mahnısı son vaxtlar xüsusi müzakirə mövzusudur: "Sarı gəlin" mahnısının artıq 3 ölkə variantı ilə təqdim olunur: Azərbaycan, Türkiyə və Ermənistan. Bu nə dərəcədə düzgündür deyə bilmirik, çünki hər 3 ölkə "Sarı gəlin" mahnısının onlara məxsus olduğunu iddia edir. Bəzi mahnılarımız var ki, heç biz özümüzdə bilmirik bu mahnıların bəstəkarı kimdir. Məsələn, "Bu qala daşlı qala"nı deyək, bəzilərimiz bunun xalq mahnımız olduğunu bilirik, ancaq bir çoxları isə bəstəkar mahnısı olduğunu iddia edir. Hətta mən eşitmişəm ki, bu mahnının bəstəkarı Niyaməddin Musayevdir. Nə vaxt ki, o bəstəkar mahnısını dünyaya gətirib, ona həyat verdiyi kimi, sənəddə(vəsiqə) verəcək o zaman bu problemlərlə qarşılaşmayacağıq. Gözəl sənətkarımız Ələkbər Tağıyevin oğlu bu iş üçün İstanbula gəlmişdi və mən bütün prasedurları ona izah etdim. Artıq E.Tağıyevin bütün mahnılarının haqları onun oğluna məxsusdur və onun mahnılarını kimsə anonim kimi təqdim edə bilmir. Çünki o mahnılar qeydə alınıb, onların müəlliflik hüququnun kimə məxsus olmağı barədə sənədi var. Müəlliflik hüququ olan mahnıların "anonim" təqdim edilməsi mümkün deyil, edənlər olsa onlar cazalanacaq. Mənim musiqilərimin hardasa adımla təqdim edilməiyini görmüsünüz? Xeyr! Musiqilərimin təqdimantı zamanı müəllif olaraq mənim adımı qeyd etməyə bilməzlər, çünki bütün mahnılarımın hamısı qeydə alınıb".
 
Sənətkarın sözlərinə görə, bu problemin səbəbi ancaq məlumatsızlıq deyil, bir səbəb də mahnıların sahiblərinə ödəniləcək məbləğdən qaçmaqdır: "Bəzən musiqi yarışmalarının rəhbərləri bilərəkdən ora bəsətəkarların adlarını yazdırmırlar və "anonim" sözünü istifadə edilər. Çünki bəstəkarın adı yazılanda ona müəyyən miqdarda qanarar ödənilməlidir. Sonra da, məsələ gündəmə gətiriləndə "ay mən bilmirdim, bağışlayın" deyirlər".

Səmədov Türkiyədə ən çox səslənən Azərbaycan mahnısı "Sən gəlməz oldun"nun haqlarının qorunması üçün qeydə alınması məsələsinin tarixcəsindən də söz açıb: "Sən gəlməz oldun" mahnısını mən burada qeydiyyata aldırdım. Hətta ilk vaxtlar onu bəstəkarını yalnışlıqla Oqtay Kazimi yazmışdım. İnanin ki, mən belə o mahnının sahibinin kimliyinin tapmaq üçün aylarla araşdırma apardım. Tandığım sənətçilər dedilər ki, o mahnı Oqtay bəyin mahnısıdır. Daha sonra Ələkbər Tağıyevin oğlu gəlib mənlə görüşdü və dedi ki, o mahnı onun atasınındır. O, bəzi sənədlər göstərdi və biz onu burada qeydiyyata aldırdıq. Artıq Türkiyədə hamı bu mahnının Ələkbər Tağıyevə aid olduğunu bilir və onun adı ilə təqdim edirlər. Bu gün internet üzərində də icazə olmadan mənim mahnılarım daxil, qeydə alınan heç bir mahnı icazəsiz istifadə oluna bilmir. Dərhal xəbər gəlir. Hətta mən dəfələrlə mənim mahnılarımı istifadə edən erməni saytlarını şikayət edib bağlatdırmışam. Bəzən mənə deyirlər ki, sən niyə Türkiyədə bizim mahnılarımızın haqlarını qorumursan, niyə qoyursan onlara "anonim" yazılsın? Niyə "Sarı gəlin"imizə sahib çıxmırsan? Mən də izah etməyə çalışıram ki, axı mənim belə bir hüququm yoxdur. Əlimdə vəkalətim olsa, hansısa mahnının haqlarını qorumağıma dair, mən onu asanlıqla edə bilərəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Mən · 17 Mart 16:2930

    ƏLİXAN BƏY HAMI BİLİR ANONİM SÖZÜNÜN MƏNASINI.MAHNININ BƏSTƏKARI BİLİNƏ BİLİNƏ BİLİNMİR YAZMAQ OLMAZ.TƏHQİRƏ BƏRABƏRDİDƏ BU.

    Cavab yaz
  • Anonim
    N · 17 Mart 18:5100

    elä taxşı edirlär

    Cavab yaz
  • Anonim
    mən · 17 Mart 20:0961

    Çünki Azərbaycan xalqı türklər üçün elə anonimdir.Bəstəkarı tanımırlar,mahnını ifa edən özü təqdim etsin.O da tanımırsa, "Azərbaycan mahnısı" yazsınlar.

    Cavab yaz
  • Anonim
    Roker · 17 Mart 20:4901

    Musiqimizin tarixi koku var. Her sheyimiz onlardan qabaq yaranib neticede onlardan qabaq amma indi onlardan sonrayiq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.