Mədəniyyət

Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçirilib - FOTO

17 Mart 2017 13:12
Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 16-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar və pianoçu Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib.

Milli.Az xəbər verir ki, konsertdə xalq artisti Faiq Sücəddinov, əməkdar artist Akif Süleymanbəyli, əməkdar incəsənət xadimi Cavan Zeynallı, "Səs Azərbaycan" müsabiqəsinin qalibi Emiliya Yaqubova, Teymur Süleymanbəyli, Azad Şabanov, Humay Süleymanbəyli, Hüseyn Abdullayev, Nəzrin Zərbəliyeva, Natavan Cəbizadə, Tofiq Həsənsoy, "Aysel" rəqs qrupu və V.Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbinin istedadlı şagirdləri iştirak ediblər.

İfaçılar caz musiqisi axşamında Vaqif Mustafazadənin müəllifi olduğu əsərləri səsləndiriblər.

Konsertin informasiya dəstəyi Trend.az, Milli.az və Day.az-a məxsusdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.